31-08-2016 [15:55]
Sələmçilikdə ittiham olunan deputat Rüfət Quliyev Nuranə Səfərovaya qarşı qaldırdığı iddianı geri çəkib.
Bu barədə deputatı təmsil edən vəkil Kamandar Nəsibov məlumat verib.
O bildirib ki, pul tələbinə dair məhkəmə çəkişməsi barışıqla yekunlaşıb.
Onun sözlərinə görə, məhkəmə çəkişməsinin başlanmasının səbəbi ondan ibarət idi ki, Toğrul Rüfət oğlu Rüstəmzadə 2011-ci ildə atasının dostu Namiq Rahib oğlu Səfərovla birgə biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə çoxsaylı elektron yazışmaları və telefon danışıqları aparıb, Bakıda və xaricdə görüşüblər. Toğrul Rüstəmzadə özü daim xaricdə yaşayıb işlədiyindən pul vəsaitlərini atası vasitəsilə Namiq Səfərova verib. Amma aradan uzun müddət keçdiyinə baxmayaraq Namiq Səfərov biznes fəaliyyətini qura bilməyib, aldığı pulları T.Rüstəmzadəyə geri qaytarmayıb və 2015-ci ilin mart ayında vəfat edib.
Mərhumun varisi olan həyat yoldaşı Səfərova Nurana Mirzəli qızı ilə ilkin danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət olunmuşdu. Məhkəmə baxışı ərəfəsində mərhum Namiq Səfərovun həyat yoldaşı Nurana Səfərova mərhum ərinin Toğrul Rüstəmzadə ilə çoxsaylı elektron yazışmaları ilə yaxından tanış olandan sonra ərinin həqiqətən də Toğrul Rüstəmzadəyə böyük məbləğdə pul borcu olduğunu etiraf edib və bu məbləğdən cəmi 80 (səksən) min ABŞ dollarını ödəmək imkanında olduğunu bildirib. Mərhum N.Səfərovun ailəsinin düşdüyü ağır maddi durumu nəzərə alan T. Rüstəmzadə bu az məbləğlə razılaşıb.
Bununla tərəflər arasında barışıq tam şəkildə bərpa olunub və məhkəmə çəkişməsi bitib.
Sözügedən məhkəmə çəkişməsi ilə bağlı maraqlı faktlar əldə edilib. Məlum olub ki, hadisənin baş verdiyi 2011- ci ildə deputatın oğlu Toğrul Rüstəmzadə 16-17 yaşında olub. 18 yaşı olmayan gəncin sahibkarlıq fəaliyyəti ilə məşğul olması inandırıcı görünmür. Daha bir detal isə ondan ibarətdir ki, əslində haqqında iddia qaldırılan mərhum Namiq Səfərovun həyat yoldaşı Nurana Səfərova qeyd edilən məbləği qarşı tərəfə ödəməyib. Deputat öz ictimai nüfuzuna zərər gəlməsin deyə pul iddiasını geri çəkib...
Qafqazinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi