Tovuzda bir ailə uçqun altında qalıb

img

27-04-2010 [10:56]


Bu gün səhər saat 7-8 radələrində Azərbaycanın Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib. Sakinlərin verdiyi məlumata görə, Əkbər adlı kənd sakininə məxsus ev tamamilə uçub və beş nəfərdən ibarət bir ailə torpaq altında qalıb. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və rayon polis şöbəsinin əməkdaşları gəlib. Dağıntılar altında qalan şəxslərin xilasetmə işləri aparılır. Hadisə nəticəsində ölən və yaralananların olacağı istisna olunmur. Tovuz rayon icra başçısının müavini Fikrət Tağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, uçqun altında qalan ev kənd sakini Əkbər Oruc oğlu Məmmədova məxsus olub. Artıq iki nəfər adamların köməyi ilə dağıntılar altından çıxarılıb. Onların sağ oduğu bildirilir. Daha üç nəfərin torpağın altında qaldığı ehtimal olunur. Qeyd edək ki, evdə dörd nəfər yaşasa da, hadisə baş verən zaman ailənin ərdə olan qızı da ata evinə gəlibmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA