Tibb Universitetinin klinikasına girş niyə pulludur? - Yeni rektordan əcaib qərar

img

31-08-2016 [11:57]


Tibb Universitetinin Stomatoloji Klinikasına giriş üçün pasientlərdən ödəniş tələb olunur.

Bu barədə klinikada bu halla üzləşən pasientlərdən biri məlumat verib.

Onun sözlərinə görə, klinikaya giriş üçün xəstələrdən 2 manat tələb olunur.

Məlumata görə, bu qayda Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin təyinatından sonra tətbiq olunub. Bu isə klinikaya müraciət edən xəstələrin narazılığına səbəb olub. Belə ki, xəstələr dəfələrlə həkimlərə etirazlarını bildirsələr də, şikayətlərini eşidən olmayıb.

Tibb Universitetinin Stomatoloji klinikasının baş həkimi, tibb elmlər namizədi Alqış Səfərov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında faktı təsdiqləyib: 

"Heç bir həkimin və vətəndaşın ixtiyarı yoxdur ki, xəstəlik vəsiqəsi olmadan həkimə müraciət etsin. 2 manat onun xidmət haqqıdır. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da var. Bizim klinika Səhiyyə Nazirliyinin nəzdindədir. Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA