“Qanuni oğrular” Türkiyədə toplandı - Rövşənin qisasını alacaqlar

img

31-08-2016 [11:23]


Türkiyədə avtoritet Rövşən Lənkəranskinin qətlinə həsr olunan "qanuni oğrular”ın sxodkası baş tutub.

Bu barədə "Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

"Sxodka” iştirakçıları Lənkəranskinin qisasını almağa söz veriblər.

Eyni zamanda, Rövşənin qətlindən sonra bir çox "qanuni oğru”ların İstanbuldan Antalya köçdükləri bildirilir. Belə ki, kurort zona onlara daha təhlükəsiz gəlir.

Rövşənin klanına daxil olan Merab Djanqveladzenin də İtaliya həbsxanasından çıxdıqdan sonra məhz bura yerləşdiyi bildirilir. Antalyada baş tutan toplantıya da o rəhbərlik edib.

Nəşrin yazdığına görə, Merabdan başqa, "sxodka”da "qanuni oğru”lar Merab Baxiya, Roin Uqlava, İrakli Kaliçava, Koba Axvlediani və Zurab Dqebuadze də iştirak edib.

İştirakçılar Rövşənin qisasını alacaqlarını desələr də, heç kimin ünvanına konkret ittihamlar səsləndirilməyib.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA