30-08-2016 [21:28]
Artıq il yarımdır ki, ölkə mətbuatı bir vaxtlar xüsusi xidmət orqanlarının qanadları altında sığınacaq tapmış bankirin-Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin dəhşətli maliyyə fırıldaqları haqda yazır. Hazırda məhkəməsi gedən C.Hacıyevin nəzarət səhm paketi dövlətə məxsus olan bankın on milyonlarla manat vəsaitini xaricdəki şübhəli layihələrə ötürmək üçün sürücüsünün, qəpik-quruş maaş alan tələbə yoldaşının, bağbanın və digərlərinin adına necə rəsmiləşdirdiyi artıq məlumdur.
Lakin belə görünür ki, C.Hacıyevin əməlləri barədə sensasiyalar hələ də tükənməyib.
Məlumdur ki, C.Hacıyev və ailəsi Beynəlxalq Bankın özəl səhmdarları arasında yer alıb. İşdən çıxarılandan sonra bu səhm paketini bankın borclarının əvəzində onun əlindən alıblar. Lakin kimin ağlına gələ bilərdi ki, ölkənin ən iri bankının sahiblərindən biri də adi süpürgəçiymiş!
Mia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından virtualaz.org-a daxil olan mötəbər məlumata əsasən məhz belədir.
Süpürgəçi, adi ev qulluqçusu Əmiraslanovna Vera Sergeyevna Azərbaycan Beynəlxalq Bankının 10 milyon 33 min manatlıq səhm paketinin mülkiyyətçisidir. Bu, manatın dəyərdən düşməsinə qədər olan məbləğdir və o vaxtkı məzənnə ilə 12.5 milyon dollar edir. Başqa sözlə, süpürgəçi Vera Sergeyvna əslində milyonerdir.
Oxucularda dərhal sual yarana bilər-axı necə olur ki, 12.5 milyonu olan Vera Sergeyevna süpürgəçi, ev qulluqçusu işləyir? Məsələn, Havay adalarında istirahət etmir və ya gününü yaxta gəzintisində keçirmir?
Lakin Vera Sergeyevna hind kinolarındakı kimi zəngin babasının ona miras qoyduğu milyonlardan xəbərsiz, kasıb yaşayan adi süpürgəçi deyil-cənab Hacıyevin evinin qulluqçusudur və bu detal milyonçu qadının necə süpürgəçi işləyə biləcəyinə dair oxucularda yaranan haqlı heyrətə son qoyur. Yəni söhbət C.Hacıyevin daha bir maliyyə maxinasiyasından-bankın əhəmiyyətli həcmdə səhm paketini nəyə görəsə öz ev qulluqçusunun adına rəsmiləşdirməsindən gedir.
Və belə məlum olur ki, qulluqçu qadının özünün əslində Beynəlxalq Bankın iri səhmdarlarından biri olduğu haqda xəbəri yoxmuş. Necə ki, adlarına on milyonlarla manat kredit rəsmiləşdirilən, indi məhkəmə qarşısında bu cür məsuliyyətin altına necə girdiklərini izah edə bilməyən sürücü, adı bank işçisi, keçmiş tələbə yoldaşı və digərləri kimi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi