3 dini liderin görüzünün yekunlarına dair Bəyannamə imzalanıb

img

26-04-2010 [05:44]


Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş başa çatıb. Müzakirələr təxminən saat yarım davam edib. Görüşdən sonra brifinq keçirilib. Brifinqdə çıxış edən patriarx Kirill görüşün çox uğurlu keçdiyini, müxtəlif məsələlərin, əsasən də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu deyib. Kirillin sözlərinə görə, görüşün yekunlarına dair bəyannamə imzalanıb. O, bu sənədin ruhunun siyasi danışıqların atmosferinə də təsir göstərəcəyinə ümid etdiyini bildirib: ?Görüş uğurlu oldu. Birgə bəyyənnamənin imzalanması buna əyani sübutdur. Dini liderlər siyasi hakimiyyətə malik deyillər. Onlar hər hansı tərəfə qoşun yeridə, dövlətin gücündən istifadə edə bilməzlər. Amma dini ilderlərin xüsusi imkanları var. Onların dindarlara yaxın dəyərlərə müraciət etmək imkanları çoxdur və üç dinin iki konfessiyanın nümayəndələri görüşəndə, bir sıra vacib məsələlər barədə razılaşanda bu, bütün inanclı insanlara siqnaldır?. Kirill bu siqnalların gərginliyin azalmasına, barışa və ən vacibi siyasi liderlərin bütün məsuliyyəti öz üzərinə götürərək razılığa gəlməsi üçün şəraitinin yaradılmasına kömək edəcəyinə ümid etdikırini bildirib. Xatırladaq ki, üç din xadiminin görüşü Bakıda keçirilən Azərbaycan paytaxtında Dini Liderlərin Ümumdünya Sammiti çərcivəsində baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA