30-08-2016 [16:32]
Monqolustanda qədim Türk tarixinə işıq tuta biləcək yeni qiymətli mənbələr aşkarlanıb.
Mia.az xəbər verir ki, ölkənin Şivet Ulan adlanan ərazisində kəşf edilən külliyyə Orxon kitabələrindən sonra üzə çıxan ən böyük tapıntı hesab olunur. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə "Tanrı dağından Ötükənə: Böyük Çöl xalqlarının tarixi və mədəni dəyərləri" adlı beynəlxalq ekspedisiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Rusiyadan tanınmış türkoloq və arxeoloqlardan ibarət ekspedisiya qrupu həmin ərazidə olub.
Təxminən 100 il əvvəl tapılmasına, ortaya çıxarılmasına baxmayaraq, Şivet Ulan – Ötügen kompleksi uzun illər diqqətdən kənarda qalıb. Burdan müxtəlif oğurluqlar edilib, çapılıb, talanıb. Ötən il Beynəlxalq Türk Akademiyası tərəfindən Monqolustan tərəfi ilə birgə burda ciddi tədqiqatlara start verilib.
Türk tarixinin İslamdan əvvəlki dövrü haqqında məlumatlar indiyədək əsasən Orxon daş kitabalərindən alınmışdısa, tədqiqatçılar qazıntıların davam etdiyi bu kompleksdən yeni və daha qədim kitabələrin, qiymətli məlumatların əldə ediləcəyi qənaətindədirlər.
Tədqiqatlara bilavasitə rəhbərlik edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali hesab edir ki, "Şivet Ulan məbəd kompleksi qədim türklərin, əcdadlarımızın müqəddəs bildiyi bir yer, Kutluq, İlteriş, Bilgə xaqanların, Tonyukuk, Gültegin kimi türk sərkərdələrin gəldiyi, ibadət etdiyi bir məkandır. Bura İslamiyyətdən öncə Türklərin əsas inanc yeri olub. Onlar bura gələr, ayinlər icra edər, qurbanlar kəsər, qurultay keçirərdilər. Bu tapıntı indiyədək türklərin köçəri və dinsiz olması ilə bağlı fərziyyələri də alt-üst edib. Qədim türklərin tanrıçılıq dini olduğunu və tək Tanrıya ibadət etdiyi təsdiqlənib. Ona görə də, Beynəlxalq Türk Akademiyası burda aparılan qazıntılara xüsusi önəm verir. Bu məqsədlə Monqolustan Elmlər Akademiyası ilə xüsusi memorandum da imzalanıb. Qazıntılar bir ildir aparılır və bundan sonra da davam etdiriləcək. İndiyədək məbəddə 15 dəfə oğurluq və dağıntı olub. Müxtəlif ölkələr tərəfindən bir neçə dəfə məbəddə tədqiqatlara cəhd olunsa da, ilk geniş tədqiqatı aparmaq bizə qismət oldu. Bütün Türk dünyasına xeyirli olsun!”.
Arxeoloqlara görə, bu məbəd Göytürklərdən öncəki vaxtlara, Hunlar dövrünə, yəni Oğuzların Orta Asiya və Qafqazlara hərəkətindən əvvəlki tarixə aiddir. Tək Tanrıya inanan türklər bura yığışar, qurultaylar, mərasimlər keçirər və əsas məsələləri burda həll edərdilər. Onların inancına görə bura dünyanın mərkəzi hesab olunurdu.
Qazıntılar zamanı tapılan çeşidli daş abidələr də bunu təsdiq edir. Amma tədqiqatlar həmin abidələrin ilk ünvanının bura olduğu qənaətini doğdulayır.
Kompleksdə ən diqqət çəkən abidələrdən biri məşhur Bengü daşıdır. Burda avşar, salur, bayandur kimi 65 qədim türk boyunun tamqası yer alıb.
Qədim türk boylarının tamqalarının yer aldığı məşhur Bengü daşı da Şivet Ulan kompleksində yerləşir. Bengü daşında türklər öz varlıqlarını tarixin yaddaşına küçürmək üçün öz tamqalarını qoyurdular. Məhz bu müqəddəs daşda Bilgə Xaqan və Külteginin də tamqaları yer alıb.
Qeyd edək ki, ekspedisiya çərçivəsində Monqolustanda arxeoloji və türkoloji tədqiqatları genişləndirmək məqsədi ilə Beynəlxalq Türk Akademiyası ölkənin müxtəlif rəsmi qurumları ilə çeşidli razılaşma və memorandumlar da imzalanıb.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi