Məmmədyarov italiya iqtisadi inkizaf nazirinin müavinini qəbul edib

img

26-04-2010 [05:33]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyininin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Adolfo Urso İtaliya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, siyasi və iqtisadi baxımdan stabil və sürətli inkişafın respublikanı etibarlı tərəfdaş və regionda əməkdaşlıq üçün nümunəvi ölkəyə çevirdiyini qeyd edib. Həmçinin A.Urso İtaliya şirkətlərinin ölkəmizdə uğurlu layihələr həyata keçirdiyini və gələcəkdə də təmsil etdiyi ölkənin Azərbaycanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Öz növbəsində nazir E.Məmmədyarov bu marağın qarşılıqlı olduğunu bildirib, əlaqələrin daha da dərinləşməsi üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyi fikrini bölüşdüyünü qeyd edib. Nazir Məmmədyarov iqtisadi əlaqələrin yalnız neft sahəsində deyil, həmçinin qeyri-neft-kənd təsərrüfatı, turizm, aqrobiznes və digər sektorlara genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA