30-08-2016 [11:04]
Özbəkistan prezidenti İslam Kərimovun öldüyü haqda xəbəri birinci yayan "Ferqana” agentliyinin baş redaktoru Daniil Kislov israr edir ki, Daşkənddən verilən təkziblərə baxmayaraq xəbər dəqiqdir.
Virtualaz.org xəbər verir ki, Kislov İslam Kərimovun ölümü haqda rəsmən xəbər yaymaq mürəkkəb işdir, çünki Özbəkistanda qapalı informasiya mühiti hökm sürür.
"Kərimov avqustun 29-da, Moskva vaxtı ilə saat 15.35-də ölüb. Bu haqda azsaylı KİV-lər bilir. Bizim agentlik 15 ildir Özbəkistanda işləyir və belə məlumatı əldə etmək olduqca mürəkkəbdir”-baş redaktor deyib.
Daniil Kislov bildirir ki, prezidentin ölümü haqda ola bilsin sabah rəsmən elan edəcəklər.
Qeyd edək ki, sentyabrın 1-də Özbəkistanın Müstəqillik Günüdür və prezidentin vəfatı haqda xəbərlərin yayılmasına baxmayaraq hazırda Daşkənddə sakitlikdir, küçələr bayraqlarla bəzədilib. İslam Kərimovun yerləşdirildiyi xəstəxananın və prezident iqamətgahının ətrafına isə kilometrlərlə radiusda ordu və polis qüvvələri düzülüb.
Ekspertlərin fikrincə, Özbəkistan prezidenti postunu tutacaq əsas namizəd baş nazir Şövkət Mirzəyevdir. Digər potensial namizəd isə maliyyə naziri Rüstəm Əzimovdur. Bu arada Rüstəm Əzimovun ev dustağı edildiyi haqda xəbərlər yayılıb və dərhal təkzib olunub. Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər ki, nazir hazırda yerindədir, həbs olunmayıb.
Hazırda Rusiya da daxil olmaqla bütün regional oyunçular Kərimovun mümkün vəfatından sonra Özbəkistanda vəziyyətin necə dəyişəcəyini təxmin etməyə çalışırlar.
Rusiyalı hərbi ekspert Pavel Felqenhauer hesab edir ki, Kərimovun ölümündən sonra Özbəkistanın ikinci Suriyaya çevrilməsi təhlükəsi var. Ekspert Özbəkistanın müsəlman əhalisinin uzun illərdir Kərimovun zülmü altında inlədiyini, indi onun ölümünün ekstremizm əhvalını gücləndirəcəyini və müxalif Özbəkistan İslam Hərəkatının fəallaşacağını deyir.
Özbəkistan İslam Hərəkatının düşərgələri Əfqanıstandadır, onlar "İslam dövləti”in "xəlifəsi” Bağdadiyə biət ediblər. Ekspertə görə əgər Kərimovun ölümü ilə bağlı Özbəkistanda vəziyyət qarışsa islamçılar Əfqanıstandan bu ölkəyə müdaxilə edəcəklər. Özbəkistan ordusu isə bunun qarşısını ala bilməyəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi