29-08-2016 [23:25]
Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin 5 nəfər tərəfindən öldürülərək basdırıldığı məlum olub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
Qeyd edək ki, Elnur Hümmətov Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.
Elnur Hümmətov 2013-cü ilin mayın 21-də evdən çıxıb və geri qayıtmayıb.
Gəncin ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşı Abbas Hümbətovdur.
Mia.az xəbər verir ki, qətlə yetirilən E.Hümbətovun anası Səadət Hümbətova göz yaşları içərisində publika.az-a müsahibə verərək qaranlıq mətləblərə aydınlıq gətirib.
- Səadət xanım, oğlunuzun ölüm xəbəri sizin üçün qəfil oldu?
- Yox, mən bilirdim ki, balamı öldürüblər, qanın batırmaq üçün xəbəri gizlədirlər. Amma ört-basdır edə bilmədilər, üç il sonra cinayət üzə çıxdı. Balamı qohumlarım öldürdü. Aygünün qardaşı. Dörd nəfər əllərini tutub, balama olmazın işgəncə verib, yapışqanla ağzını bağlayıb, dəsmalla boğub öldürüblər. Çılpaq vəziyyətdə onu Bağlar massivi deyilən yerdə basdırıb, üstünü betonlayıblar.
- Sizcə, səbəb nə olub?
- Onlar narkotik istifadəçiləri olub, oğlum bilib ki, Abbasgil narkotik əkib-becərirmişlər. Abbas biləndə ki, oğlum bundan xəbərdardır, izi itirmək üçün oğlumu öldürmək qərarına gəlib.
- Aygüngillə əvvəllər aranızda münaqişə vardı?
- Oğlumun atası sağ olanda mülk davası gedirdi, Aygüngil yoldaşıma deyirdilər ki, evin bir hissəsini bizə verməlisən. Elə oldu ki, yoldaşım rəhmətə getdi, söz-söhbət səngidi.
- Bəs axı oğlunuz itkin düşəndə Aygün Bəylər sizinlə bərabər ATV-nin efirində - Zaur Baxşəliyevin verilişində göz yaşı tökürdü?
- Hamısı şou idi. Aygün yaxşı bilirdi ki, Elnuru onun qardaşı öldürüb. Mənə imkan vermirdilər ki, bunu açım-ağardım. Elə yalandan deyirdilər ki, oğlun üç uşaqlı arvadla görüşür. Gah deyirdilər Xırdalanda görmüşük, gah deyirdilər Zabratda görüblər. Hamısı yalan imiş, izi itirmək üçün bu yalanları uydurublar. Getdim o dedikləri yerlərə qədər baxdım. Kafeyə, restorana, barlara getdim, balamdan soraq verən olmadı. Demə, üç ilmiş ki, balam betonun altında çürüyübmüş.
- Oğlunuzun neçə yaşı vardı?
- 21. Fağır uşaq idi, o, nə bilirdi üç uşaqlı arvadla gəzmək nədir, görüşmək nədir...
- Abbasla münasibəti necə idi?
- Əminəvəsi idilər, görüşürdülər, oturub-dururdular. Oğlum nə bilsin ki, əzrayılı elə evinin içindəymiş. Aygünün qardaşının toyu olanda xonça tutdular, gəldilər bizə. Özlərini elə aparırdılar ki, guya bizi çox istəyirlər.
- Ana ürəyinə hər şey damır axı. Heç şübhələnmirdiniz ki, oğlunuz öldürülüb?
- Yuxuma girirdi, yalvarırdı ki, ana gəl məni qurtar. Elə hey məni çağırırdı.
- Oğlunuzun ölüm xəbərini eşidəndə Aygün gəldimi yasa?
- Gəlmək istədi, qoymadım. Onun ciyəri yanmış bacısı Aynurə qardaşı Abbası türmədən qurtarmaq üçün çox əlləşib, görüb bir şey çıxmır. Axırda Aygün işə qarışıb. Ona da deyiblər ki, bu ölüm işidir, bunun altından çıxmaq mümkün deyil. Mən heç vaxt onları bağışlamayacam. Ömürlük həbs istəyirəm. Onların türmədə çürüməsini istəyirəm. Necə ki, mənim balamı üç il betonun altında çürüdüblər.
- Cəsədə baxdınız?
- Qoymurdular, məcbur baxdım. Quruca sümükləri qalmışdı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi