29-08-2016 [23:04]
Bu gün "Tərəqqi Sosial İnkişaf" İctimai Birliyi Ağdam rayon Mədəniyyət evinin iclas zalında hesabat konfransı keçirib.
Birlikdən Mia.az-a verilən məlumata görə, konfransın məqsədi layihənin yekunu ilə bağlı təqdimatın keçirilməsi idi.
Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli açıb, Qarabağ döyüşlərində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağdam rayon İH-nin Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Ağa Zeynalov, Ağdam rayon Hərbi Komisarı Elxan Feyziyev, Ağdam rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Bəxtiyar Haqverdiyev, Tərtər rayon İH Başçısının Həsənqaya ərazi dairəsi üzrə nümayəndəsi İlqar Qasımov, Laçın Rayon İH-nin şöbə müdiri Məmməd Süleymanov, Bərdə rayonudan 104 saylı Kəlbəcər məktəbinin direktoru Qələndər Zeynalov, 41 saylı köçkün məktəbini direktoru Zamin Əhmədov, 111 saylı Ağdam köçkün məktəbinin direktoru Məlahət Musayeva, Füzuli rayonu Qayıdış qəsəbəsindən Elza Abdullayeva, Ağdam Təhsil Şöbəsi Metodkabinetin rəhbəri Əhməd Rüstəmov, Ağdam Təhsil Şöbəsinin Hərbi kabinetin rəhbəri Xalıqverdi Cəfərov və başqaları iştirak ediblər.
Layihə rəhbəri T.Dadaşov layihə çərçivəsində görülən tədbirlərdən danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tərəqqi” Sosial İnkişaf İçtimai Birliyi "Əhali arasında tibbi maarifləndirmə işinin təşkili” layihəsinin icrasını başa çatdırıb.
Layihənin əsas məqsədi Ağdam, Bərdə, Ağcəbədi, Tərtər, Göranboy, Füzuli rayonlarının cəbhəyani ərazilərində yaşayan əhali və müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkünlərin tibbi biliklərinin artırılması, ərazidə yaşayan insanların tibbi və psixoloji durumlarının yaxşılaşdırılması məqsədilə maarifləndirmə işinin aparılamsı və tibbi kursların təşkil edilməsindən ibarət olub.
Layihə çərçivəsində Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonundan 48 qız və hərbi xidmətə gedəcək 24 oğlan üçün tibbi bacarıqları öyrətmək məqsədilə ilk tibbi yardım kursların təşkil olunub.
Cəbhəyani ərazidən olan gənc qadınlara tibbi yönümdə tövsiyyələr verilib, cəbhəyanı rayonların əhalisi arsında psixoloji təlimlər keçirilib.
Tədbir iştirakçıları öz çıxışlarında insanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün lazım olan amillərdən ən başlıcasının sağlamlıq olduğunu söylədilər və bildirdilər ki hər kəs tibbi biliyə malik olmalı və öz sağlamlığını qorumağı bacarmalıdır. Bu hərbi xidmətə gedəcək oğlanlar üçün daha vacibdir.
Valideynlər də insan həyatı üçün ən vacib amillərdən olan sağlamlığa yüksək qiymət verərək tibbi maarifləndirmənin vacib olduğunu qeyd etdilər və davamlı olması üçün Dəstək Şurasına çatdırılmasını xahiş etdilər.
Çıxış edən maarifləndirmə kursunun iştirakçıları Nuriyyə Səfərova və Aliyə Quliyeva qazandıqları tibbi biliyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və Tərəqqi Sosial İnkişaf İB-nin kollektivinə təşəkkürlərini bildirdilər. Bu işdə əməyi olan müəllimləri Həkim S.Feyziyeva və psixoloq S. Məmmədovanın əməyini yüksək qiymətləndirdilər.
Tədbirdə tibbi maarifləndirmə kursunda fəal iştirak etmiş 72 nəfərə setifikatlar verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi