29-08-2016 [22:45]
"Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili yeni karyera imkanları ilə əlaqədar avqustun 31-dən etibarən şirkətdən ayrılmaq qərarına gəlib.
Bu barədə şirkətdən Mia.az-a verilən məlumata görə, K.Maknilinin şirkətə rəhbərlik etdiyi dövr ərzində "Azerfon” ("Nar”) həm gəlir, həm də abunəçi sayındakı artım nöqteyi-nəzərdən Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olub.
Məlumatda deyilir ki, Klaus Müller şirkətə yeni baş icraçı direktor təyin olunub. Yeni təyinatına qədər K.Müller "Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsini yerinə yetirərək, 12 Avropa ölkəsində aparılan əməliyyatları idarə edib.
K.Maknili şirkətdən ayrılmasını şərh edərkən bildirib ki, son bir neçə il ərzində "Azerfon” MMC-nin baş icraçı direktoru olaraq çalışdığım üçün çox şaddır:
"Əldə etdiyimiz nəticələrə və şirkətin böyük inkişafa nail olmasına görə qürur hissi keçirirəm. Şirkət rəhbərliyi və kollektiv istedadlı kadrlardan ibarətdir və mən inanıram ki, Klaus Müllerin rəhbərliyi altında onlar gələcəkdə də böyük uğurlar qazanmağa davam edəcəklər”.
"Azerfon” İdarə Heyətinin sədri Georgios Koronias bildirib ki, Kent Maknili və onun rəhbərlik etdiyi komanda "Azerfon” şirkətini böyük uğurla idarə ediblər: "Onun şirkətdən ayrılması xəbərini təəssüf hissi ilə qarşıladığımızı və onu aramızda görməkdən məmnun olduğumuzu bildirməklə yanaşı, cənab Makniliyə gələcək işlərində böyük uğurlar arzu edirik. "Azerfon” şirkətinə rəhbərlik etdiyi üçün ona dərin təşəkkürümüzü bildiririk”.
Yeni təyinat məsələsinə də münasibət bildirən Koronias, Klaus Müllerin "Azerfon” şirkətinin dinamik rəhbərliyində yeni fəsil açacağına inandığını bildirib.
"Onun bir çox müxtəlif bazarlardakı təcrübəsi sayəsində əldə rəhbər tutduğu dəyərlər bizim üçün böyük önəm daşıyır. "Azerfon” İdarə Heyətinin sədri olaraq, bizim yeni baş icraçı direktorumuz Klaus Müllerə dəstək olmağa hazıram”, - Georgios Koronias sözlərinə əlavə edib.
"Azerfon” şirkətində işə başlamanın özü üçün bir şərəf olduğunu ifadə edən K.Müller bununla bağlı həyəcanlı olduğunu bildirib: "Kent Maknili Azərbaycanda biznesin inkişafına böyük töhfə verib. Uzunmüddətli uğur üçün inkişaf və rentabellilik çox vacibdir. Müştərilərimiz, cəmiyyət və səhmdarlarımızın ümidlərini doğrultmaq naminə şirkətimizin uğurlarının davam etdirilməsi məqsədilə hər bir kəsi əl-ələ verərək əzmlə çalışmağa dəvət edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi