29-08-2016 [16:50]
Qazaxıstanın paytaxtı Astana şəhərində "Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfrans keçirilir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qatıldığı tədbirdə 51 ölkə və 20 beynəlxalq təşkilatdan 1000 nəfər iştirak edir.
Avqustun 29-da Konfransın Plenar iclasında çıxış edən ATƏT PA-nın vitse prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub.
"ATƏT PA, dünyanın nüvə silahı təhlükəsizliyinin təmin olunmasında, bu konfransın mühüm Nüvə silahının yayılmaması məsələsirolunu tam dəstəkləyir”, -deyə çıxışına başlayan Azay Quliyev əminliyini bildirib ki, bu tədbir, nüvə silahının yayılmaması və tərksilah məsələlərinə parlamentarilərin cəlb olunmasına, həmin sahədə mövcud vəziyyətin öyrənilməsi, eləcə də ümumi planların hazırlanmasına şərait yaradacaqdır:
"Bu konfrans, dünya parlamentariləri, siyasətçiləri, din liderləri, hökumət nümayəndələri, tərksilah üzrə mütəxəssisləri, qeyri-hökumət fəalları, eləcədə beynəlxalq və regional təşkilatların nümayəndələri arasında,dünyanın nüvə silahından azad olunması məqsədilə, fikir və bilik mübadiləsinin aparılmasına və ümumi strategiyanın inkişaf etdirilməsinə yardımçı olacaqdır”.
Azay Quliyev yaxın keçmişə nəzər salmış, 29 avqust 1991-ci ili- nüvə silahının sinağı üçün nəzərdə tutlan poliqonun bağlanması və dünyanın dördüncü ən böyük silah arsenalından könüllü olaraq imtina edən Qazaxıstan təcrübəsini xatırlatmışdır.
"Bu addımlara görə Qazaxıstanı təbrik etməliyik. Bu, nüvə silahının tərksilah edilməsi prosesinə, Qazaxıstanın və xüsusilə Prezident N.Nazarbayevin böyük töhfəsidir.
Nəticə olaraq, Qazaxıstan nüvə terrorizmi təhdidinin aradan qaldırılması sahəsində dünya siyasətini yaratmış və həyatı məna kəsb edən, bu beynəlxalq tədbiri təşkil etməklə, gözəl humanitar təşəbbüsün lideri olmuşdur”- deyən Azay Quliyev nüvə silahsızlaşdırılması qlobal hərəkatında digər liderlərin dəstəyi üçün Qazaxıstan Prezidenti tərəfindən mükafat təsis edilməsi ilə bağlı sessiyada səslənən ideyanı dəstəklədiyini bildirib.
Çıxışını davam etdirən ATƏT PA-nın vitse –prezidenti deyib: "Nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılması, beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olaraq qalmaqdadır. Hal hazırda vacib olan və Astanada təşkil olunan bu konfransın məqsədi, həmin təhdidlərin aradan qaldırılması üçün, görülə biləcək əlavə tədbirlərə dair müzakirələrin aparılması və birgə məqsədimiz olan - beynəlxalq dəstəyin, o cümlədən parlamentlər səviyyəsində, səfərbər edilməsidir. Bu xüsusda, BMT TŞ-nın 1540 (2004) saylı qətnaməsinin tam icrası, nüvə, kimyəvi və bioloji silah və onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınması və onlar üzərində müvafiq daxili nəzarətin təmin edilməsi beynəlxalq ictimaiyyətin əsas vəzifəsidir .
Dünyanın bəzi yerlərində, xüsusilə Yaxın Şərqdə, kütləvi qırğın silahının və ona aid materialların istifadə edilməsi və yayılması riski hələ də yüksəkdir. Sərhədlər arası, o cümlədən ATƏT ölkələri məkanında, nüvə materiallarının qanunsuz dövriyyəsi və ya oğrlanması narahatçılıq törədir. Suriyada, son zamanlar baş verən kimyəvi silahın istifadəsi halları və nüvə materiallarının qaçaqmalçılıq cəhdləri fonunda, bütün mülki obyektlərin və nüvə materillarının, beynəlxalq, regional və milli səviyyədə təhlükəsizliyinin təmin edilməsində tətbiq edilən standartların qorunub saxlanılması üçün əlavə tədbirlərin görülməsi vacibdir”.
Azay Quliyev bu xüsusda, nüvə, kimyəvi və bioloji silahın,materialların və onların çatdırılma vasitələrinin, qeyri-dövlət aktorları, o cümlədən terrorçu, ekstremist və separatçı qruplar tərəfindən əldə edilməsinin, hazırlanmasının, istifadə edilməsinın, daşınmasının və ötürülməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışda qeyd olunub ki, nüvə silahının yayılmaması haqqında müqaviləyə bütün dünya ölkələrinin qoşulması prioritet məsələdir. Qoşulmayan dövlətlər təxirəsalmadan müqaviləyə qoşulmalı, nüvə silahının əldə edilməməsi sahəsində beynəlxalq öhdəlikləri öz üzərlərinə götürməli və bütün nüvə fəaliyyətlərinə dair Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən tərtib edilən təlimatları icra etməlidirlər.
"Fukuşima Dayıçı faciəsi, bir daha onu göstərir ki, bu cür nüvə qəzaları milli sərhədlərlə məhdudlaşmır. Nüvə qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə, milli səviyyədə müvafiq təhlükəsizlik tələblərinin hərtərəfli təminatı vacibdir. Mümkün nüvə qəzasının coğrafi xüsusiyyətləri və trans-milli ekoloji təsirləri nəzərə alınmalıdır. Belə ki, xüsusən seysmik zonada yerləşən və köhnəlmiş nüvə reaktorları işlədən dövlətlər, öz enerji təhlükəsizliyindən əlavə, regional təhlükəsizlik barədə də düşünməlidirlər. Bu xüsuda, silahlara nəzarət, sərhədlərin mühafizəsi (idarəçilik) və terrorçuluqla mübarizə sahəsində, ATƏT-in əldə etdiyi böyük təcrübə, qeyd olunan çağırışlara səmərəli tətbiq edilə bilər.
ATƏT-in üzv ölkələri nüvə silahının yayılmaması haqqında ATƏT-in Afina Nazirlər Bəyannaməsi (2009) və Astana Bəyannaməsində (2010), kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması öhdəliklərini öz üzərilərinə götürdüklərinivə 1540 saylı qətnamənin regional səviyyədə tətbiqinin asanlaşdırılması səylərinə dəstək olacaqlarını bir daha təsdiqləmişlər.
Nüvə silahının yayılmaması məsələsi uzun müddətdir ki ATƏT-in parlamentarilərinin gündəmindədir. İki ay əvvəl, Tbilisidə ATƏT PA-nın illik sessiyasında, çoxtərəfli nüvə silahsızlaşdırılması üzrə BMT-nin töhfəsi ilə danışıqların gələn il başlanmasına öz dəstəyimizi bildirmişdik. Bu xüsusda, hökumətləri danışıqları aparmaq üçün nümayəndə heyətinə parlamentariləri də daxil etməyi çağırmışıq. Bu öz növbəsində danışıqların gücləndirilməsinə və vacib razılıqların əldə edilməsinə gətirib çıxara bilər”- deyə ATƏT PA-nın vitse-prezidenti çıxışını yekunlaşdırmışdır.
Qeyd edək ki, Astanada keçirilən beynəlxalq konfrans son illər nüvə silahının qadağan olunması, regional əməkdaşlıq baxımından keçirilən ən böyük miqyaslı tədbirlərdəndir. Konfrans işini 31 avqustda yekunlaşdıracaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi