29-08-2016 [14:15]
Özbəkistan prezidenti İslam Kərimov hazırda xəstədir. Hətta onun öldüyünə dair iddialar da irəli sürülür. Onu kimin əvəzləyəcəyi məsələsi isə əsas müzakirə mövzusuna çevrilib.
Xarici mediaya istinadən İslam Kərimovu əvəzləyəcək mümkün şəxslər haqda kiçik araşdırma aparıb.
Ekspertlərə görə, post Kərimov dövründə Özbəkistanı üç klan idarə edə bilər:
1. "Səmərqənd klanı”
2. "Kokand klanı”
3. "Daşkəsən klanı”
"Səmərqənd klanı”nın şansları daha çox qiymətləndirilir. Ekspertlərə görə, "Kokand klanı” və "Daşkəsən klanı”nın hakimiyyəti ələ keçirmək istəyi olsa da, bu məsələni "Səmərqənd klanı” həll edəcək.
Bu klanın əsas namizədi 2003-cü ildən bu günə qədər baş nazir olan 59 yaşlıŞövkət Mirziyoyevdir. Mirziyoyev prezident ailəsinə yaxın şəxsdir, şəxsi nüfuzu böyükdür.
Lakin Milli Təhlükəsizlik Xidmətinin qüdrətli rəhbəri 72 yaşlı Rüstəm İnoyatov da real namizədlərdən hesab olunur.
Bununla yanaşı, İslam Kərimovun da ölənə qədər hakimiyyət uğrunda mübarizə aparacağı ehtimal olunur.
Qeyd edək ki, post Kərimov dövrü üçün ən real namizəd onun böyük qızı Gülnarə Kərimova ola bilərdi. Lakin 2013-cü ildə onun "qələmi” qırıldı və hazırda xəstə yatağındakı Kərimov öz qızını ev dustaqlığına salıb. Bu baxımdan, Kərimovu kiçik qızı Lola Kərimovanın əvəzləyə biləcəyi haqda da ehtimallar mövcuddur.
Ən maraqlısı isə Kərimovdan sonra Gülnarə Kərimovanın siyasət meydanına çıxa biləcəyi ehtimallarıdır. Bu baş verərsə, yəqin ki, o, ilk növbədə qisas almaqla məşğul olacaq. İlk hədəfi isə onu ev dustaqlığına salan məmurlar və illərdir danışmadığı kiçik bacısı Lola Kərimova ola bilər.
Bütün ehtimallar Kərimovdan sonra Özbəkistan hakimiyyətində ciddi çaxnaşmaların ola biləcəyini göstərir.
Ən diqqət çəkən məqam hazırda Kərimovdan sonrakı Özbəkistanın idarə olunması uğrunda üç əsas klan arasında mübarizənin başlanmasıdır. Bu isə istər-istəməz "İslam Kərimov öldümü?” sualını gündəmə gətirir.
Rəsmi Daşkənd isə israrla Kərimovun yaşadığını deyir. Ekspertlərə görə İslam Kərimovun vəziyyətinin necə olduğunu sentyabrın 1-də anlamaq mümkün olacaq.Belə ki, həmin gün Özbəkistanın müstəqillik günüdür və Kərimovun 25 il hakimiyyəti dövründə bu mərasimə qatılmadığı vaxt olmayıb.
Publika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi