28-08-2016 [20:59]
"İkinci devalvasiyadan sonra bizim daxili maliyyə bazarlarında müəyyən panika yarandı, ona görə də biz bir sıra təxirəsalınmaz tədbirlər görməli olduq”.
Bu sözləri nüfuzlu "The Financial Times” qəzetinə müsahibəsində prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
Prezidentin köməkçisi Azərbaycan hökumətinin post-neft erasının 10-15 il sonra gələcəyini gözlədiyini bildirib.
"Lakin biz praktiki olaraq post-neft erası ilə indi qarşılaşdıq. Nəticədə islahatları sürətləndirməli oldu”-Natiq Əmirov əlavə edib.
Qəzetin yazdığına görə, prezidentin köməkçisi McKinsey konsaltinq şirkəti ilə müqavilə bağlayaraq, Azərbaycan iqtisadiyyatının 2025-ci ilə qədər yol xəritəsinin işlənib hazırlanmasını sifariş edib. Lakin hökumət şirkətin bu ilin oktyabr ayında hazır olacaq hesabatını gözləmədən ən dərin problemlərdən bəzilərini həll etməyi qərara alıb. Bura xarici investorların çoxdandır şikayətləndiyi korrupsiya da daxildir.
"Ən sərt dəyişiklər bu ilin yanvar ayından etibarən gömrük sistemində baş verib. Həmin vaxta qədər biznesmenlərin, maliyyəçilərin və siyasətçilərin bildirdiyinə görə əgər hansısa şirkət ölkəyə 10 ədəd mal gətirmək istəyirdisə onun ancaq 3-ü qanuni əsasda idxal olunurdu, qalan 7-i isə masa altından ödəmələr hesabına qeyri-rəsmi şəkildə ölkəyə daxil edilirdi, nəticədə bazar iqtisadiyyatı üçün böyük boz zonanın yaranmasına kömək edirdi”-qəzet yazır.
Lakin indi biznesmenlər və bankirlər deyir ki, ilin əvvəlindən ölkəyə mal idxalında rüşvət praktikası kəskin şəkildə dayandı.
"Gömrük sistemində islahatlar kifayət qədər radikal şəkildə getdi”- yerli bankirlərdən biri deyir.
İndi demək olar ki, bütün mallar ölkəyə leqal idxal edilir, bu da şikayətlərin artmasına səbəb olub ki, rəsmi gömrük tarifləri biznesmenlərin əvvəl ödədiyi rüşvətdən daha çoxdur.
"Çoxdur, ancaq qanunidir”- Natiq Əmirov məmuniyyətlə deyir.
"Bizim prezident həqiqətən bu məsələni öz nəzarətinə götürdü və biz hər gün, hər həftə baş verənlər haqda ona məruzə edirdik”-prezidentin köməkçisi əlavə edib.
Bu islahatların nəticəsində gömrükdən büdcəyə daxil olan gəlirlər ilin ilk 6 ayı ərzində 30 faiz artıb, baxmayaraq ki, iqtisadiyyatda geriləmə var.
N.Əmirov deyir ki, hökumət dövlət orqanları tərəfindən şirkətlərdə yoxlamaları da kəskin azaldıb və hazırda vergi sistemində radikal islahatlar üzərində işləyir.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi