Misir Mərdanovla Azad Rəhimov etiraz aksiyalarına dəvət olundu

img

26-04-2010 [04:11]


Müsavat Gənclər Təşkilatı təhsil naziri Misir Mərdanov və gənclər və idman naziri Azad Rəhimova müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə , müraciətdə hər iki naziri gənclərin ADNA-da baş verən qətliamın ildönümü ilə bağlı keçirəcəyi aksiyaya dəstək verməyə çağırıb: ?30 aprel 2010-cu il tarixdə , saat 13:00-dan 15:00 ? dək Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsəsinin ildönümü ilə əlaqədar Müsavat Gənclər Təşkilatı Cəfər Cabbarlı meydanı qarşısında 30 aprel tarixinin ?Tələbə həmrəylik günü? élan edilməsi və ADNA-da faciəvi şəkildə qətlə yetirilənlərin xatirəsinə abidə ucadılması tələbləri ilə mitinq keçirəcək. Nəzərə alsaq ki, bu faciədə həlak olanların və zərər çəkənlərin əksəriyyəti Ali Təhsil müəssisəsində təhsil alan tələbələrdir, sizi bu mitinqdə iştirak etməyə , gənclərin və tələbələrin haqq səsinə qoşulmağa dəstək olmağa çağırırıq. Güman edirik ki , gənclərin belə ağır və kədərli günündə onları tənha buraxmayacaqsız?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA