"Siz, sadəcə cibgirlərsiniz!" - Tanınmış hüquqşünasdan Cahangir Hacıyevə sərt ismarıc

img

27-08-2016 [23:37]


"Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacyev və bacısını dinlədikcə, adamın az qala yazığı gəlir. Sən demə, bunlar qədər halal, kasıb, öz əməyi ilə dolanan ikinci bir ailə yox imiş. Londondakı imarətlər, limitsiz kartlar, yüz milyonlarla sərvətlər də Maştağada qul bazarında dayanan azərbaycanlı qadınların imiş”. 

Mia.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov "Feysbuk"dakı səhifəsində bəyan edib.

O, Beynəlxalq Bankın Prezidenti Cahangir Hacıyevin bacısının dünən bir sıra saytlarda yayılan müsahibəsinə münasibət bildirərkən, onu da yazıb ki, Hacıyevləri dinlədikcə görürsən ki, həqiqətən Azərbaycanı talayanlarda abır, həya yox imiş:

"Milləti talayanda, başqalarının əmlaklarını zorla əllərindən alanda yadlarına qanun düşməyənlər, bu gün cavab vermək gələndə timsah gözyaşları axıdırlar, ən ucadan "QANUN" qışqırırlar, haqdan, ədalətdən danışırlar. Milyonlarla dəyəri olan aksiyaları halal əməkləri ilə aldıqlarını iddia edib, geri tələb edirlər. Taladığı milyardları qaytarmaq fikirləri isə yoxdur. Özü kimi oğrularla eyhamla danışırlar, çünki milyardları bir yerdə sümürüblər.

P.S. Cahangir Hacıyev və onu kimilər, özünüzü millətə əsilzadələr kimi sırımaq istəsəniz də, siz, sadəcə cibgirlərsiniz!

P.P.S. Milyardları büdcədən talamanızı demirəm, on minlərlə şəhid ailəsinə haqqını vermək üçün büdcədən cəmi 100 milyon ayırmadığınızı sizlərə heç kim bağışlamayacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA