27-08-2016 [12:57]
"Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər".
Mia.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili indiki məqamda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin önəmini xüsusi vurğulayıb:
"Təxminən 10 ilə yaxındır ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması əsas müzakirə obyektidir. Nəhayət, bununla bağlı qərar qəbul edilib, referendum keçiriləcək. Yəni bu prosesdə faktiki olaraq müəyyən sahələr üzrə təyin olunan vitse-prezidentlər konkret cənab Prezidentlə işləyəcəklər. Bu, çevikliyi artırmaq və gedən islahatları sürətləndirmək üçün çox böyük əhəmiyyət daşıyır. Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazilər Kabineti buraxıla da bilər. Ancaq sözügedən institut hələlik Azərbaycanda oturuşmadığı üçün Nazirlər Kabinetinin fəaliyyəti müəyyən müddət davam edəcək”.
Millət vəkili Konstitusiyada yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsi barədə referendum layihəsini də müsbət qarşıladığını deyib:
"Hesab edirəm ki, əgər vətəndaşın 18 yaşdan sonra səsvermə hüququ varsa, niyə seçilmək hüququ da olmasın?!”.
Millət vəkili Ali Baş Komandanın istənilən vaxt Silahlı Qüvvələrlə bağlı qərar vermək imkanını birmənalı olaraq alqışladığını deyib:
"Prezident Silahlı Qüvvələrlə bağlı prosesə birbaşa özü müdaxilə etməklə mühüm qərarlar verəcək. Azərbaycanda belə bir dəyişikiliyə ehtiyac var”.
Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən, "Konstitusiyada dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Layihənin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.
Hazırkı Referendum Aktı 29 bənddən ibarətdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi