27-08-2016 [12:40]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması, eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, şikayətçilər Xaçmaz rayonu Dalğalı kənd sakinləri E.Şahverdiyeva, S.İsgəndərova və həmin kənddə istirahət edən Bakı şəhər sakini A.Əhmədovanın iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb.
Aparılan araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki "Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkar edilib.
Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.
Lakin araşdırma müddətində meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb. Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq cavablandırılıb: "Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərin zir-zibilləridir”.
Şikayətçilər və kənd sakinləri bildiriblər ki, belələri bütün il boyu yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər. "İnanın ki, onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil”.
Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz rayon İcra Hakimiyyətinə, Xaçmaz rayon Nabran Bələdiyyəsinə, Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.
Eyni zamanda, nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmalar və ümumi müşahidələr nəticəsində belə bir qənaətə gəlinib ki, həqiqətən də bir qrup dırnaqarası təbiətsevər tərəfindən, guya avropasayağı istirahət adı ilə meşələrə sözün həqiqi mənasında hücum olunur. Müxtəlif "yaşıl”, ”təbiət” və s. adlarla maskalanan qruplar tərəfindən sosial şəbəkələrdə çağırışlar edilir, təbiət ərazilərinə, meşə sahələrinə qanunsuz turlar təşkil olunaraq təbiətə divan tutulur. Onların belə kortəbii və pərakəndə hücumları nəticəsində meşə sahələri məişət və bioloji tullantılarla çirkləndirilir, kabab, çay və kofe keyfləri üçün yandırılan ocaqlardan meşələrə od düşür ki, bunun da nəticələri ictimaiyyətə məlumdur.
Amma ətraf mühiti çirkləndirənlər atdıqları tullantılara görə vicdan əzabı çəkmək əvəzinə, təbiətə zərər gətirən həyat tərzlərini dəyişmək əvəzinə, doğrudan da ətraf mühitə dost münasibət üzərində qurulan dəyərlərə sahib çıxmaq əvəzinə utanmadan sosial şəbəkələrdə demaqoqiya, spekulyasiya ilə məşğul olaraq fəaliyyətlərini davam etdirirlər.
Ona görə də, təbiətimizə qənim kəsilən şəxslərin və qrupların törətdikləri inzibati və cinayət məsuliyyətlərinin müəyyənləşdirilməsi və konkretləşdirilməsi istiqamətində qətiyyətli və daha ciddi tədbirlərin görülməsinə başlanılıb, nazirlik tərəfindən qətiyyətli qərarlar qəbul olunur. Artıq bu cür şəxslərə və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.
Belə ki, nazirliyin Ətraf mühitin mühafizəsi departamenti tərəfindən İnzibati Xətalar Məcəlləsinin Meşə fondu torpaqlarının zibillənməsi və korlanması, həmçinin Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi maddələri ilə cərimələr tətbiq ediləcək, əməllərində cinayət tərkibi təsdiq olunacağı təqdirdə isə hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Bununla belə, cari ilin iyul-avqust aylarında təkcə Müqtədir-Nabran ərazilərində bərk məişət tullantılarının idarə olunması sahəsində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinə görə dörd nəfər fiziki şəxs barəsində ayrı-ayrılıqda müxtəlif inzibati cəza tədbirləri görülüb və cərimə tətbiq edilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi