26-08-2016 [21:11]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti, "Alkas.lt” internet portalının redaktoru - Audris Antanaytisin və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüsün Bakıdakı görüşləri başlayıb.
Mia.az "Eurasia Diary” saytına istinadən xəbər verir ki, jurnalistlər ilk olaraq Xarici İşlər Nazirliyində nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüşüblər.
H.Hacıyev görüşdə xarici qonaqlara geniş müsahibə verərək Azərbaycanın xarici siyasəti, regional mövqeyi və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında Litvalı jurnalistləri məlumatlandırıb.
Jurnalistlərin diqqətinə 20 ildən artıqdır ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və bu gün də davam edən təcavüz faktını çatdıran H.Hacıyev Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra sualları cavablandırıb.
"İlk növbədə bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur. Ermənistan, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb
Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa "bu münaqişənin dondurulmuş olduğunu” iddia edirdilərsə, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər", - deyə, nazirliyin sözçüsü bildirib.
Görüşdə iştirak edən BAMF sədri Umud Mirzəyev isə qonaqlara 1988/1989-cu illərdə Azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarından çıxmağa məcbur edilməsi, deportasiyası haqqında informasiyaları, faktları qonaqların diqqətinə çatdırıb.
Daha sonra Litvalı jurnalistlər Litvanın Azərbaycandakı səfirliyində olublar, burada səfir Valdas Lastaukasla Azərbaycan-Litva əlaqələri ilə bağlı geniş müsahibə ediblər.
Qeyd edək ki, Litvalı jurnalistlər Azərbaycanda olduqları hər gün hazırladıqları reportajları "Alkas.lt” internet portalında yerləşdirəcəklər.
Jurnalistlərin səfər çərçivəsində Azərbaycanın ictimai xadimləri, rəsmi qurumları, qaçqın və məcburi köçkünlərlə görüşü, o cümlədən, Quba, Füzuli və Tərtər rayonlarına səfəri nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi