QAT erməni katolikosunun Bakıda keçirilən dini liderlərin tədbirinə qatılmasına etiraz edib

img

26-04-2010 [02:36]


Qarabağ Azadlıq Təşkilatının (QAT) qadın üzvləri bu gün erməni katolikosu II Qareginin Bakıda keçirilən dini liderlərin tədbirinə qatılmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları əllərində Xocalıda qətlə yetirilmiş qadınların və uşaqların şəkillərini tutaraq tədbirin keçirildiyi ?Gülüstan? sarayının qarşısına gəliblər. Orada ?Erməni katolikosu canidir!?, ?Erməni katolikosunun əlləri azərbaycanlı uşaqların və qadınların qanına batıb!?, ?Rədd olsun erməni caniləri!?, ?Analar etiraz edir? və s. şüarlar səsləndirilib. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov aksiya iştirakçılarının qarşısına çıxıb, aksiya iştirakçıları öz etirazlarını ona bildiriblər. Sonra polis müdaxilə edib, aksiya iştirakçılarını maşınlara mindirərək, hadisə yerindən uzaqlaşdırıblar. Yolda aksiya iştirakçıları sərbəst buraxılıblar. QAT-ın bir qrup üzvü dünən Xətai rayonu ərazisində ?Sərhədçi? idman kompleksində keçirilən boks üzrə dünya çempionatında erməni idmançılarının iştirakına etiraz olaraq aksiya keçiriblər. Tədbirin keçirildiyi ərazi polis və təhlükəsizlik əməkdaşlarının ciddi nəzarəti altında olduğuna görə QAT üzvləri müxtəlif adlar altında içəriyə daxil olub, gün ərzində yarış zalında müxtəlif etiraz aksiyaları keçiriblər. Aksiya edənlərin tələbi erməni idmançılarının yarışdan kənarlaşdırılması və Azərbaycanı tərk etmələrindən ibarət olub. Aksiyaların nəticəsində yarışlar 3 dəfə dayandırılıb. QAT üzvlərindən bir nəfər xəsarət alaraq xəstəxanaya göndərilib, 6 nəfər saxlanaraq yaxınlıqdakı polis bölmələrinə aparılıblar, onlardan 3 nəfər xəbərdarlıq edilərək sərbəst buraxılmış, 2 nəfərin harada saxlanıldığı məlum deyil, 1 nəfər QAT-ın sədr müavini İlqar Əliyev gecəni 34-cü polis bölməsində saxlanılıb, bu gün Xətai rayon məhkəməsinə aparılıb, amma hələ işinə baxılmayıb. QAT sədri Akif Nağı da 34-cü polis bölməsinə aparılıb, Xətai polis idarəsinin rəisi Həsən Əliyev tərəfindən xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA