Havalar yenidən soyuyacaq, bəzi ərazilərdə leysan gözlənilir

img

26-04-2010 [12:56]


Aprel ayının son günləri ölkə ərazisində hava qeyri-sabit olacaq. Bakıda və Abşeron yarımadasında bu gün axşam havanın buludluluğu artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 15-18? isti, axşam 10-12? isti olacaq. Aprelin 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11? isti, gündüz 14-17? isti təşkil edəcək. Aprelin 28-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-10? isti, gündüz 12-14? isti olacaq. Aprelin 29-da isə gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11? isti, gündüz 14-16? isti olacaq. Azərbaycanın rayonlarında sabah gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11? isti, gündüz 13-16? isti, dağlarda gecə 2-5? isti, gündüz 8-12? isti təşkil edəcək. Aprelin 28-29-da gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Böyük Qafqazın və Lənkəran-Astara zonasının ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. 29-da gündüz əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-11? isti, gündüz 13-17? isti, dağlarda gecə 2-5? isti, gündüz 6-11? isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA