25-08-2016 [21:41]
Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Əvvəlcə onu qeyd edək ki, bu işdə dövlət ittihamçısı dəyişib. Məhkəmə prosesinə prokuror Fərid Nağıyev təyinat alıb.
Məhkəmə prosesində ifadə verən ilk şahid dəhşətli qətlin törədildiyi mənzildə yanğın baş verdikdən sonra hadisə yerinə ilk gələn FHN əməkdaşlarından olan Anar Hüseynov olub.
O, ifadəsində bildirib ki, yanğınla bağlı məlumat aldıqdan sonra hadisə yerinə yollanıblar. 2 mərtəbəli evin birinci mərtəbəsində baş verən yanğını söndürdüklərini deyən Anar Hüseynov əlavə edib ki, yanğın zamanı birinci mərtəbədəki otaqlardan birində taxt yanıb. FHN əməkdaşı qeyd edib ki, yanğın söndürüldükdən sonra mənzildə heç kimin olmadığı məlum olub.
Şahid və zərərçəkmiş kimi ifadə verən Knyaz Yusifov təqsirləndirilən şəxsi tanıdığını, onunla qonşu olduğunu bildirib.
O, torpaq almaq məqsədi ilə Fədai Hüseynovun vasitəsi ilə mərhum bələdiyyə sədrinə pul verdiyini də deyib.
"Mən Fədai ilə eyni məhlədə oluram. Özüm ehtiyatda olan zabitəm. Fədainin bələdiyyədə işlədiyini, torpaq satdığını da bilirdim. 2014-cü ildə 3 yerdə torpaq almaq üçün 18 min manat verdim. Pulu Vəsilə xanımın özünə vermişdim. Lakin torpağın sənədlərini vaxtında ala bilmədim. İndi də həmin torpaqlardan birinin sənədini ala bilməmişik. Torpaq sahələrini Vəsilənin göstərişi ilə Fədai özü mənə göstərib”- deyə K.Yusifov bildirib.
Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxsin qardaşları ifadə verib.
Fədai Hüseynovun qardaşı Hüseyn Hüseynov ifadəsinə hadisə baş verən gün Bakıda yox, Türkiyədə olduğunu deyib. O, bildirib ki, qardaşının saflığından istifadə edilib və iş bu yerə gəlib çatıb: "Qardaşımı bələdiyyədən uzaqlaşdırmaq, onu kiminsə əli ilə tutdurmaq istəyirdilər. Mən özüm də torpaq almaq üçün pul vermişəm. 10 min, 20 min və 64 min verib torpaq almışam. Pulu da Vəsilənin özünə verdim. Heç bir sənədlərini ala bilmirdim. Bələdiyyə torpaqları hərraca çıxarılmışdı. Mən də o zaman torpaq almışdım. 20 minə aldığım torpağa sənəd aldım. Ancaq digərlərinə ala bilmədim”.
Təqsirləndirilən şəxsin digər qardaşı Nur Hüseynov da ifadə verib.
O deyib ki, qardaşının yanında işləyib və torpaq almaq istəyən şəxsləri Fədai Hüseynova və Vəsilə Əbilhəsənovaya yönləndirib: "Hadisə günü Ağcabədidə idim. Mənə bu hadisə ilə bağlı zəng gəldi. Mən belə düşünürəm ki, hadisənin baş vermə səbəbi tərəflər arasında olan pul və torpaq məsələsi idi. Mən özüm onlarla işləyirdim. Torpaq almaq istəyəndə onlara yönləndirirdim”.
Qəsəbə sakini Vahid Əsgərov da məhkəmədə zərərçəkmiş kimi ifadə verib.
V.Əsgərov Fədai Hüseynovun bələdiyyədə işlədiyini bildiyini və torpaq almaq üçün ona müraciət etdiyini deyib.
Zərərçəkmiş şəxs torpaq almaq üçün 170 min manat ödədiyini, lakin bu arzusuna çata bilmədiyini bildirib: "3 hektar torpaq almaq üçün ümumilikdə 170 min manat verdim. Bu pulun bir hissəsini Vəsilə xanımın özünə vermişəm. Nə sənəd ala bildim, nə də torpaq. Mənə torpaq sahəsinin yerini şifahi olaraq Fədai göstərmişdi”.
Xatırladaq ki, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, oan çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.
Qeyd edək ki, qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.
Xatırladaq ki, əvvəlki məhkəmə prosesində qətlə yetirlən şəxslərin 10 yaşlı qızı Fidan da ifadə vermişdi. O dəhşətli qətlin şahidi olaraq bunları demişdi: "Fədai əmi otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Sonra mənə dedi ki, "Fidan, çıx çölə". Mən otaqdan zala çıxanda gördüm, nənəm yıxılıb. Nənəmi qaldıranda Fədai əmi atama yaxınlaşdı, "qardaş" deyib sonra bıçağı atama vurdu. Mən otağa qaçdım, anama dedim ki, atamı bıçaqladılar. Həmin vaxt anam əlini boğazından çəkdi, yerə yıxıldı, hər yer qan idi”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi