3000 döyüş gəmisi, 20 qırıcı və helikopterlə təlim başa çatdı... - Azərbaycan ordusu Xəzər dənizində! (FOTOLAR)

img

25-08-2016 [19:58]


Avqustun 22-dən Hərbi Dəniz Qüvvələrində başlayan təlimlər bu gün sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusunun iştirakı ilə baş tutan təlimlər bir neçə mərhələdə həyata keçirilib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların cəlb olunduğu təlimlərdə şəxsi heyət qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.

Təlimlərin döyüş atışlı əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA