25-08-2016 [17:40]
Avqustun 23-24-də SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar.
Mia.az SOCAR-ın saytına istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Ankarada TransAnadolu Qaz Boru Kəməri-TANAP konsorsiumunun İdarə Heyətinin iclasında iştirak edib.
İclasda layihə üzrə 2016-cı ilin birinci yarısında həyata keçirilmiş işlərin yekunu və qarşıda duran vəzifələr müzakirə olunub. İşlərin gedişi haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyətlər planauyğun surətdə davam etdirilir.
İclasdan sonra SOCAR prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.
O, şirkətin Türkiyədə həyata keçirdiyi layihələr üzrə görülən işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, qarşıdakı mərhələlərdə planlaşdırılan tədbirlərdən danışıb.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə TANAP, "STAR” neft emalı zavodu, Petkim və Petlim layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən nazir bu layihələrin Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri B.Albayrak SOCAR-ın Türkiyədə ən önəmli investorlardan biri olduğunu nəzərə çatdırıb, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini söyləyib.
![]()
SOCAR prezidenti avqustun 24-də İzmirə gedib, şirkətin əsas layihələrinin həyata keçirildiyi Əliağa yarımadasında olub. Əvvəlcə "STAR” neft emalı zavoduna baş çəkən Rövnəq Abdullayev inşaat sahələrini gəzib, görülən işlərlə yerində tanış olub. Şirkət prezidentinə məlumat verilib ki, zavodun tikintisi qrafikə uyğun aparılır.
Sonra Petkimin istehsalat sahələrində və Petlimdə olan Rövnəq Abdullayev işlərin gedişi ilə maraqlanıb. Ona məruzə olunub ki, işlər normal ahəngi ilə davam edir. SOCAR prezidenti "STAR” NEZ, Petkim və Petlimdə tikinti və istismar işlərinin gedişindən razılığını bildirib, konkret məsələlərlə bağlı menecer heyətinə tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi