Banklar dollar satışına məhdudiyyət qoydu, dollar və avro kəskin qalxdı

img

25-08-2016 [16:32]


Bankların dollar satışına limit tətbiq etməsi "qara bazar”ın aktivləşməsinə səbəb olub.

Mia.az fins.az-a istinadən xəbər verir ki, hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır:

"Qara bazar”da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir. Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir".

Qeyd edək ki, bu günə olan rəsmi valyuta məzənnələri dollar üzrə 1.6245 manat, avro üzrə 1.8308 manatdır. Kommersiya bankları tərəfindən hər iki valyutanın alqı-satqısı 4 faiz məzənnə fərqi ilə reallaşdırılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA