"Xoşagəlməz hadisə yaşadıq..." - CHP liderindən sui-qəsdlə bağlı açıqlama

img

25-08-2016 [16:17]


Bu gün avtomobili atəşə tutulan CHP lideri Kamal Kılıcdaroğlu baş verən hücumla bağlı ilk açıqlama verib.

Mia.az xəbər verir ki, o, narahatlığa əsas olmadığını deyib:

"Sağlığımız yerindədir. Kimsə narahat olmasın. Bir canımız var, o da vətənə fəda olsun. Hazırda mənim bir problemim yoxdur. Atışma bölgəsindən bizi güvənlik gücləri çıxardılar. Arzulamadığımız xoşagəlməz hadisə yaşadıq. İnanıram ki, güvənlik güclərimiz zərər çəkmədən əməliyyatı uğurla bitirəcək".

Son məlumata görə, bir nəfər şəhid olub, terroristlərdən biri isə öldürülüb. Bölgədə əməliyyat davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA