26-04-2010 [12:46]
?Gənclərin Töhfəsi? İctimai Birliyi ?24 aprel Qondarma Erməni Soyqırımı?nı ifşa edən ?Gerçəyin özü? adlı dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov, erməni vəhşiliyindən bəhs edən bir çox kitabların müəllifi yazıçı Aygün Həsənoğlu, BDU-nun coğrafiya fakültəsinin magistrı, müharibə veteranı Zülfü Qasımov, Elmlər Akademiyasının dissertantı Niyazi Rəcəbov, Yeni Azərbaycan Partiyasının Xətai rayon Gənclər Təşkilatının üzvü Əli Ağayev məsələ ətrafında dəyərli fikirlər söylədilər. Tədbirdə bir çox universitetlərin tələbələri, eyni zamanda, Türkiyəli tələbələr də iştirak edirdilər.
Cəbi Bəhramov: ?Bu günkü gün bütün dünya türklərinə atılan böhtan günüdür, insanlıq qarşısında etmədiyimiz bir cinayətdə ittiham edildiyimiz gündür. Türklərin bir siyasi qüvvə kimi, bir millət olaraq formalaşması Qərb dünyasının həmişə ehtiyat etdiyi məqam olub. Əslinə baxanda 24 aprel deyilən bir şey yoxdur. Böyük dövlət xadimi, türk dünyasının fəxri sayılan Mustafa Kamal Atatürk deyirdi ki; ? Hər səhər Qərb ölkələrinin xadimləri yuxudan durub İstanbul kimi qədim və möhtəşəm şəhərin türklərin əlində olduğunu görəndə onların qarınlarında sancı başlayır.? Qərb dünyası indi də barışa bilmir ki, 2700 il yaşı olan, böyük bir mədəniyyət mərkəzi sayılan bu şəhər türklərindir. Türklər nəinki, bu şəhəri yaşatdı, onlar şəhərə yeni bir ruh gətirdilər, Türk mədəniyyətinin mərkəzinə çevirdilər.
Türklər dünyaya mədniyyət gətirdilər, türklər vəhşiliyi rədd etdilər. Rus alimlərindən Feodr Simyonov yazır ki; ?Türklər hansı ərazini fəth edirdilərsə, o yerdə yaşayan xalqların dilinə, dininə, adət-ənənələrinə toxunmurdular. Şərait yaradırdılar ki, onlar vətəndaş kimi yaşasınlar. Yeganə tələbləri o idi ki, dövlətin qanunlarına riayət etsinlər.? Yenə həmin kitabda yazılır ki; ?Səlib yürüşləri başlanarkən ermənilər başqa xalqlardan fərqli olaraq, Bizansa qarşı xəyanət yolunu tutdular.? Onlar eyni xəyanət yolunu da Türkiyəyə qarşıda tutdular. Yəni onların xislətini midiyalılar, parfiyalılar, yunanlar, bizanslar, bir sözlə, hamı bildi- bizdən başqa! Çox təəssüf!!
2000 il bundan əvvəl yaşayan Roma müəlliflərindən biri Petroli yazir ki; ?Onlar da insandır, amma evlərində dörd ayaq üstündə gəzirlər.? Roma imperatoru Neron dünyada çox qəddar biri kimi tanınırdı. Hətta o cəllad da bu millətin xəyanətindən qorxurdu.
Yenə F.Simyonov kitabında yazır: ?Səlib yürüşləri zamanı əgər erməni xəyanəti olmasaydı, bütün səlib yürüşlərinin iştirakçıları Mesopotomiyanın susuz torpaqlarında məhv olacaqdılar. Onlar xəyanət edib, səlibçilərə yol göstərirdilər.?
?İnsanlığın yaratdığı ən dəyərli nələr varsa, bu tayfadan yan keçib. Satqınlıq, xəyanət, alçaqlıq, ikiüzlülük bu tayfanın ən başlıca xüsusiyyətləridir.? Bunu nə türk yazır, nə azərbaycanlı. Bunu rus alimləri yazır.
Bütün bu söylədiklərimin 24 aprellə bilavasitə əlaqəsi var. XX əsrin əvvəlində, daha dəqiq desək, 1911-16-cı illərdə Rusiyanın, İngiltərənin, Fransanın və 1917-ci ildə Amerikanın nümayəndələri Türkiyənin bölünməsi ilə bağıi görüşlər keçirmişlər. İndi də onlar həmin niyyətdədirlər.
Türkiyə böyük olduğu zaman Azərbaycan da böyük olur.Türkiyənin parçalanmasına, Azərbaycanın yüksəlməsinə mane olmaq üçün bu bir vasitədir. Burda ermənilərə olan qayğıdan heç bir söhbət getmir.?
Aygün Həsənoğlu: ?Siyasətdən ədalət gözləmək sadəlöhvlükdür. Siyasətdə ədalət olmur, güc olur və biz güc olmağı bacarmalıyıq. Artıq 500 ilə yaxındır ki, ?Böyük Ermənistan ? qurmaq planları icra olunmağa başlayıb. Ermənistanın Türkiyə torpaqları üzərində yaradılması nəzərdə tutulurdu. Erməni alimi Yesoyanın özü etiraf edir ki; ?Yalnız 1917-ci ildən sonra biz Ermənistanı indiki ərazilərdə yaratmağı qərara aldıq və bu çiçəklənən Ermənistan artıq bizim ana vətənimizdir.? Sarkisyan hələ Müdafiə Naziri olduğu zaman bir erməni jurnalistinin ?Ana vətənin yəni, Böyük Ermənistanın sərhədləri hara qədərdir?? sualına ?Sərhəd dirəklərini hara qədər çəkə biliriksə, ora qədər.? deyə cavab verməsi bu xalqın təcavüzkar xislətə malik olduqlarına əyani sübutdur.
Erməni soyqırımı olmayıb. Bu faktdır. İlk dəfə erməni soyqırımı haqqında arayışı Amerikanın İstanbuldakı Konsulluğunun sədri Morgen Tau hazırlayıb. Heç ermənilərin ağlına da gəlməyib . Və bununla da təbliğat başlayıb.?
Böyük Atatürkün gözəl bir fikri var: ?Ölmək istəməyən xalq öləməz.? Azərbaycan dövləti atəşkəs elan edəndə 7.5 milyon əhalisi vardı, bu gün 9 milyondur. Ermənistanın isə 3 milyon əhalisi vardı, bu gün 1 milyon qalıb. Gəlin qüvvələrimizi birləşdirək və fəaliyyət göstərək.
Türklüyümüz təhlükə qarşısındadır. Bugün onu qorumalıyıq. Bir əsrdə dörd dəfə milli azadlıq müharibəsinə qalxan millətik biz. Bu heç bir Qərb ölkəsinin tarixində yoxdur.?
Çıxışının sonunda Aygün Həsənoğlu Azərbaycanda soyqırım araşdıran mərkəzi yaratmaq təklif etdi. Gəncləri birləşməyə və informasiya döyüşünə başlamağa çağırdı.
Zülfü Qasımov: ? Bu ümummilli məsələdir. Bu bütün Türk dünyasının problemidir. Mən əsl erməni vəhşiliyinin şahidi olmuşam. Əsgər yoldaşımız qətlə yetiriləndə onun silahını götürüb, döyüşə davam edirdik. Bu həqiqətdir ki, biz o zaman döyüşə lazımi səviyyədə hazırlıqlı deyildik. Amma bu gün artıq bizim güclü ordumuz və zəngin hərbi ehtiyatımız var.
Bu gün bütün Avropa ? Qondarma Soyqırım? la bağlı arxivlərin araşdırılmasından qaçır. Çünki nəticələr onların ürəyincə olmayacaq.
Türkiyə- Azərbaycan birliyi getdikcə möhkəmlənir və bu Qərb dünyasını qorxuya salır. Mən əminəm ki, nəinki, Azərbaycan bütövləşəcək, hətta bütün Türk dünyası bütövləşəcək. Bu amal ətrafında birləşməliyik.?
?Gənclərin Töhfəsi? İctimai Birliyinin NTK sədri Binnət Vəliyev: ? Biz gənclər olaraq prezidentimizin yürütdüyü siyasəti davam edərək ideoloji müharibəyə başlamalıyıq. Bu gündən etibarən bizim ictimai birlik bu ideoloji müharibənin təməlini qoymaq iddiasındadır. ?
Tədbirin sonunda gənclər mövzu ətrafında müzakirə etdilər.