Ali məktəblərə qəbul olunanların qeydiyyatı - TQDK-dan xəbərdarlıq

img

25-08-2016 [11:11]


Ali təhsil müəssisələrinə qəbul olan şəxslərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatı (I mərhələ üzrə) bu gün saat 17.00-da başa çatır.

Tələbə adı qazanmış şəxslər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə (I mərhələ üzrə) yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib. Nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində  38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA