Bakıda ümumdünya Din Xadimlərinin Sammiti keçirilir

img

26-04-2010 [12:19]


Bu gün Bakıdakı ?Gülüstan? sarayında Ümumdünya Din Xadimlərinin Sammiti öz işinə başlayıb. Aprelin 26-sı Bakının ?Gülüstan? sarayında dünya dini liderlərinin sammiti başlayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılışında iştirak ediblər. Dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-ə yaxın nümayəndənin qatıldığı sammit keçmiş SSRİ məkanında ən iri dinlərarası təşkilatın - MDB Dini Şurasının təşkilatçılığı ilə keçirilir. Sammitdə sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələlər müzakirə olunacaq. Tədbiri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə açıb. Prezident İlham Əliyev sammitin açılış mərasimində çıxış edib. İlham Əliyev Bakıda keçirilin bu tədbiri çox böyük əhəmiyyətə malik hadisə adlandırıb. Bakının ötən il İslam mədəniyyətinin paytaxtı seçildiyini xatırladan dövlət başçısı ?gün gələcək ki, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcək? deyib. Sammitdə bütövlükdə bütün dünyadan 150-dən artıq dini lider iştirak edir. Tədbir işini davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA