24-08-2016 [15:23]
Respublika Prokurorluğunun 15 iyul Türkiyə olaylarından sonra cinayət işi açması və son həbslər media və sosial şəbəkələrdə bir sıra araşdırmalara rəvac verdi.
Məlum oldu ki, Türkiyədə terrorçu təşkilatın rəhbəri elan edilən Fətullah Gülənin "Dialoq Avrasiya Platforması" (DAP) beynəlxalq ictimai təşkilatının fəxri başqanı, AYB sədri Anar Rzayev imiş.
Meydan TV bu istiqamətdə yaranan suallarla yazıçı Anardan müsahibə alıb:
– Anar müəllim, son bir neçə gündə Azərbaycanda Fətullah Gülənlə bağlı olduğu bildirilən "Dialoq Avrasiya Platforması" (DAP) beynəlxalq ictimai təşkilatın fəxri başqanı olmağınız haqqında fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?
– O təşkilatın rəhbəri yazıçı Çingiz Aytmatov, fəal üzvü Oljas Süleymanov və Moskvadan akademik Rıbakov olub. Onların tədbirlərində rəhmətlik Heydər Əliyev çıxış edib. Mən də o təşkilatın üzvü olmuşam. Gülənlə heç bir əlaqəm yoxdur və onun kim olduğunu bilmirəm.
– Bir ziyalı olaraq Azərbaycanda Fətullah Gülənə görə həyata keçirilən həbsləri necə qiymətləndirirsiniz?
– Bilmirəm, o, mənim problemim deyil.
– Bəs təşkilatla əlaqəniz varmı?
– Yox, onların özləri də dağılıblar.
– Təşkilata üzv olanda Gülənin kim olduğunu bilirdinizmi?
– Mən heç o təşkilatın Gülənlə bağlı olduğunu da bilmirdim. Təşklilat Türkiyənin rəsmi təşkilatlarından biri idi, ona görə də Gülənlə maraqlanmırdım.
– Ancaq fəxri başqan idiniz…
– Bəli.
– O zaman fəxri başqanlığı necə qəbul etdiniz?
– Ona görə qəbul etdim ki, onların gördüyü işləri Azərbaycanda da yüksək qiymətləndirirdilər, o cümlədən, rəhmətlik Heydər Əliyev də. Vaxtilə Heydər Əliyev onların Bakıdakı toplantısında çıxış etdi, onda heç Gülənin adı da yox idi. Gülənin adını indi eşidirik.
– Gülənlə bağlı Türkiyədəki hadisələri necə qiymətləndirirsiniz?
– Türkiyədə demokratiya qalib gəldi, xalq küçələrə çıxıb qanuni seçdiyi prezidentini müdafiə etdi, bununla da hər şey bitdi.
– Siz Gülənin terrorçu təşkilata rəhbərlik etdiyinə inanırsınızmı?
– Elə sual verirsiniz ki… Mən nə bilim Gülən hansı təşkilatın rəhbəridir? Əgər Türkiyə belə hesab edirsə, görünür, nəyəsə əsaslanıb deyir də. İndi mən düz, yaxud yalan dediklərini söyləyim? Bunun mənə nə aidiyyatı var?
– Ancaq Azərbaycanda da cinayət işi açılıb, AXCP sədrinin köməkçisini və partiya üzvünü həbs ediblər...
– Məni onlara qarışdırmayın, xahiş edirəm. Sualınızı verdiniz, cavab verdim.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi