Keçmiş icra başçısının məmur qardaşı Ukraynada vəfat etdi...

img

24-08-2016 [13:51]


"Azəravtoyol” ASC-nin 13 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.

1960-cı il təvəllüdlü Maarif Ağayev ötən gecə Ukraynanın turizm şəhəri Truskavetskdəki sanatoriyalardan birində istirahətdə olarkən vəfat edib. Bir həftədir Ukraynada dincələn M. Ağayevin ölümünün səbəbi hələ məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, onun sağlamlığı ilə bağlı şikayəti olmayıb.

M. Ağayevin ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda mərhumun nəşinin Göyçaya gətirilməsi üçün Ukraynada sənədləşmə işləri görülür. 

Qeyd edək ki, Maarif Ağayev Mingəçevir, Quba və Göyçay rayon icra hakimiyyətlərinin keçmiş başçısı Mübariz Ağayevin qardaşıdır. 

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA