"Bütün təhdidləri aradan qaldıracağıq" - Ərdoğandan "boyük savaş"a reaksiya

img

24-08-2016 [13:39]


Türkiyə prezidenti Ərdoğan türk qoşunlarının bu gün Suriyaya girməsinin səbəblərinə aydınlıq gətirib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Suriyada terrorçuluğa son qoymağın vaxtının çatdığını bildirib. Prezident Suriyadakı vəziyyətin onun ölkəsini də təhdid etdiyini deyib:

"Biz artıq Türkiyənin qarşısındakı bütün təhdidləri aradan qaldıracağıq. Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövllüyünü dəstəkləyir.

Bu gün bizi terror təşkilatları və qiyamçılarla mübarizədə tək qoyanlar eyni problemlərlə qarşılaşanda yardım istəmək üçün üzləri olmayacaq. 12, 13, 14 yaşında uşaqları terrorçu kimi yetişdirirlər. Bunlar lənətlidirlər. Qaziantepdəki son terror hücumu artıq səbr kasamızı daşdırdı...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA