Əli İnsanov barəsində yeni cinayət işi açıldı - Yenilənib

img

24-08-2016 [15:04]


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb.

Bu barədə "Report"a onun vəkili Toğrul Babayev bildirib. 

T.Babayevin sözlərinə görə, ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək məlumat verilib: "Hazırda sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik. Lakin bizə Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib. Prokurorluq əməkdaşları Cəzaçəkmə Müəssisəsinə daxil olsa da, bizə çöldə gözləmə ilə bağlı göstəriş verilib".

Bu arada Baş Prokurorluq həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib: "Bununla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA