Prezident İlham Əliyev Poroşenkoya məktub göndərdi: "İnanıram ki, ölkələrimizi və xalqlarımızı..."

img

23-08-2016 [19:16]


Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Ukrayna münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, səfər zamanı Sizinlə görüşlərimiz, apardığımız danışıqlar ikitərəfli münasibətlərimizin inkişafı üçün yeni imkanlar açacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA