Gəncədə əməliyyat stolunda 17 yaşlı qızın ölüm anını əks etdirən - VİDEO

img

23-08-2016 [18:39]


Gəncə şəhərində yerləşən "Yeni Gəncə” Tibb Mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.

Mia.az Report-a istinadən mərkəzin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir.

Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. 

Gəncə Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA