23-08-2016 [16:04]
"Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər Konstitusiya islahatlarının məntiqi davamıdır".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, buna qədər də belə addımlar atılıb: "Məsələ ondadır ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən həm iqtisadi baxımdan sürətli inkişafı, həm də regionda bir ölkə kimi çəkisinin sürətlə artmasıdır. Buna görə də ölkədə Konstitusiyaya yeni əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hesab edir ki, bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir:
"Bu, Azərbaycanda vitse-prezidentlər institutunun yaradılması ilə bağlı təklif edilən müddəalardır. Uzun müddətdir ki, cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edirlər. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa Administrasiyası vasitəsi ilə həyata keçirdiyi də görünür.
Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan prezident tərəfindən təyin ediləcək vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır”.
Ə. Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib:
"Əlbəttə, Nazirlər Kabinetinin mövcud Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, hətta qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır. Bu proses bəzən aylarla sürən prosesə çevrilir. Bu gün isə Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqe fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur. Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir.
Yeri gəlmişkən, Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərin radikal müxalif qüvvələr tərəfindən monarxiya rejiminin yaradılması istiqamətində təşəbbüs kimi qiymətləndirilməyə çalışılması da sirr deyil. Nazirlər Kabinetinin bəzi üzvlərinin Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərlə əlaqədar yaş məsələsini şərh edərkən korrekt olmayan izahları, orta əsrlər dövrü ilə müqayisələri də bu qüvvələr üçün əlavə arqumentlər verir".
Ə. Hüseynli bildirir ki, Konstitusiyada hakimiyyət qollarında yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsi çox mütərəqqidir:
"Birincisi, bundan əvvəlki referendumda prezidentliyə namizədlərə dair tələblərdə bir şəxsin iki dəfədən artıq seçilməsi ilə bağlı mövcud olan məhdudiyyət aradan qaldırılanda ideya ondan ibarət deyildi ki, seçilən şəxsə hər hansı şərait yaradılsın, yaxud məhdudiyyət qoyulsun. Zamanında ideya ondan ibarət olub ki, seçən vətəndaşın geniş imkanları olsun. Çünki o zaman da prezidentliyə namizədlərə aid tələblərlə bağlı 100-cü maddə geniş diskussiyaya səbəb olmuşdu. Biz o zaman insanlara, cəmiyyətə bu fikri çatdırırdıq ki, məqsəd vətəndaşa, seçiciyə istədiyi şəxsi istədiyi qədər seçmək hüququnun verilməsidir. Bu baxımdan indi təklif olunan yaş məhdudiyyətinin aradan qaldırılması əslində əvvəlki referendumda həyata keçirilmiş konstitusion islahatın davamıdır. Yəni, burada ideya ondan ibarətdir ki, artıq seçmək hüququ olan şəxsin həm də seçilmək hüququ olmalıdır. Əgər şəxs yetkinlik yaşında seçmək hüququ əldə edirsə, həm də seçilmək hüququ yaranmış olmalıdır. Bu baxımdan, son dövrdə Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları daha geniş imkanlar yaradılmasına xidmət edir. Biz ümumiyyətlə məhdudiyyətləri aradan qaldırırıq. Zamanında iki dəfə dəfədən artıq seçilməklə bağlı məhdudiyyəti aradan qaldırmaqla bağlı ideya məhz bundan ibarət olub. Vətəndaş, seçici özü müəyyən edir ki, bir dəfə, yaxud bir neçə dəfə seçir. Bu, xalqın istəyinə, iradəsinə söykənən bir məsələdir. Bu baxımdan indi yaş məhdudiyyətinin də aradan qaldırılması konstitusional islahatların çox vacib bir mərhələsidir. Seçicilər yaşından asılı olmayaraq artıq geniş mənada seçki hüququ əldə etmiş istənilən şəxsi hakimiyyətin istənilən qolunda görmək arzusundadırsa, bunu həyata keçirə bilər. Bu baxımdan Konstitusiyanı hansısa bir tarixilik, tarixi şəxsiyyətlərin müəyyən yaş dövründəki rolları baxımından şərh etmək düzgün deyil. Konstitusiya ilk növbədə hüquqi sənəddir, əsas ideya və məqsəd seçki hüququ ilə bağlıdır. İndi təklif olunan dəyişiklik vətəndaşın seçmək və seçilmək hüququna böyük bir hörmətdən irəli gəlir, bütün vətəndaşlar üçün daha geniş şərait yaratmış olur. Mən əminəm ki, vətəndaşlarımız hakimiyyətin bütün qollarında daha geniş təbəqələrin təmsil olunmasına səs verəcəklər. Çünki bu, vətəndaş üçün daha geniş seçki imkanları yaratmış olur”.
Komitə sədri vurğulayıb ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər müasir dövrdə çevik idarəetməyə hesablanıb:
"Bu, həm icra hakimiyyətin fəaliyyəti, həm də bütövlükdə Konstitusiyaya söykənərək bütün hakimiyyət qollarının əlaqəli fəaliyyəti baxımından çevik idarəetməyə dəstək verəcək bir əlavə və dəyişikliklərdir. İnkişafımızın indiki mərhələsində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər bundan sonra Azərbaycanın gələcək inkişafı üçün yeni və çox tutarlı bir fundament rolu oynayacaq”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi