23-08-2016 [14:38]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktub mediada və sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.
Qeyd edək ki, insan hüquqları müdafiəçisi Oktay Gulalıyevə istinadən Gununsesi.info-da dərc olunan məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidovun təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10- 14 il həbs cəzası verəndən sonra nazir Eldar Mahmudovdan dinc günahsız insanları şərləyib həbs etdiyinə, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyduğuna görə MTN- nin Anti- Terror Mərkəzinin bir qrup əməkdaşının "vicdanlı” və "ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib.
Məktubda adları keçən insanların böyük əksəriyyəti isə Eldar Mahmudovun dəstəsinin üzvləri olub. MTN dağılandan sonra həmin şəxslərin əksəriyyəti həbsə girib.
Ənvər Seyidovun təriflədiyi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini Ilqar Əliyev də həbs edilib. Sonradan kamerada Ilqar Əliyevin meyiti tapılıb. Ənvər Seyidovun bu məktubu hüquqi baxımdan da qanunsuz dəyərləndirilməlidir. Qanunverciliyin tələblərinə görə, işə baxan məhkəmə ittiham tərəfinin ortaya qoyduğu sübutlara deyil, məhkəmə istintaqında ortaya çıxan sübutlara əsasən hökm verməlidir. Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktını gözü yumulu qəbul edən hakim bununla yanaşı sabiq MTN şefinə yarınmağı da unutmayıb.
Ənvər Seyidovun təriflədiyi MTN əməkdaşları arasında Eldar Mahmudovun ailə üzvlərindən olan Mahmudov Həmid Azər oğlunun da adı var.
Bu məktubun mediada yayılmasından sonra sosial şəbəkələrdə Ənvər Seyidov barəsində sərt tənqidlər səslənib.
Mia.az xəbər verir ki, Gununsesi.info Ənvər Seyidovla əlaqə saxlayaraq, onun Eldar Mahmudova məktubu barəsində suallara cavab alıb.
Əvvəlcə məktub yazması faktını danan hakim sonradan fikirini dəyişməli olub. Onunla söhbətimizi olduğu kimi təqdim edirik:
- Ənvər müəllim, Eldar Mahmudova bu məktubu yazmağa sizi nə vadar etdi?
- Mən heç kimə məktub yazmamışam. Mənim adımdan saytlarda belə xəbər yayılıb. Mənim xəbərim yoxdur.
- Amma həmin məktubların surətində sizin imzanız var, öz imzanısı necə dana bilərsiniz?
- Əşi, bilirsiniz, nə var. Bu hadisə 10 il əvvəl olub. İndi bunu niyə qabardırlar, mənə çatmır.
- Çünki, Eldar Mahmudovun cinayətlərinin üstü açılır. Siz öz hökmünüzlə, MTN-nin saxta ittihamları ilə həbs olunan gənc insanların həyatını məhv etmisiz.
- Mən uzun illərdir ki, hakim işləyirəm. İndiyə qədər də heç bir hökmüm yuxarı instansiya məhkəməsində ləğv olunmayıb. Səid Dadaşbəylinin işi də həmçinin. Bu işi məndən sonra da araşdırdılar. Mən vicdanlı hakiməm. Qərarlarımı qanunlarla uyğun verirəm. Eldar Mahmudova gəlincə, mən haradan bilim ki, o, "goreşən” olub. O, adama etimad göstərilib, xəyanət edib. MTN-ni cinayətkar yuvasına çevirib. Bu gün də bu əməlləri törədənlər həbsdədir. İnanıram ki, layiqli cəzalarını alacaqlar.
- Amma Eldar Mahmudovun dəstəsi ilə yanaşı, Siz və digər həmkarınız Novruz Kərimov da tənqid edilir. Hətta sosial şəbəkələrdə MTN-nin günahsız tutduğu, sizin də azadlıqdan məhrum etdiyniniz insanların yaxınları sizə bəd dualar edirlər. Etiraf edək ki, Sizə cəmiyyətdə "vicdanlı hakim” deyən az adam tapılar. Eynilə, həmkarınız Novruz Kərimovu götürək, bu adam mənə heç bir cinayətim olmadığı halda MTN-nin sifarişi ilə 8 il cəza verdi.
- Mən həmişə başımın üstündə Allahı da görürəm. Ədalətsiz qərar verməmişəm. Mən dövlətçiliyə sadiq adamam. Rəhim Qazıyevin işi zamanı başımın üstündən güllə atıblar. Elə məsələlər olub ki, stəkanıma zəhər töküb məni öldürmək istəyiblər. Bu gün də dövlətə xidmət edirəm. Övladlarım da dövlət qurumlarında çalışır.
- Yeri gəlmişkən, hökumət mediasında Sizin hakimiyyəti tərif edən yazılarınıza rast gəlinir. Belə olan halda siz necə müstəqil hakim ola bilərsiniz?
- Mən hakimlikdən qabaq vətəndaşam. Həmin yazıları da vətəndaş kimi yazmışam. Üç ölkənin sülhməramlı səfiriyəm.
- MTN-nin həbs olunan generallarının cinayət işi sizin icraatınıza verilsə, baxacaqsınızmı?
- Əlbəttə, baxacam. Onlar ən layiqli cəzalarını almalıdır. Qanun qarşısında cavab verəcəklər.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi