23-08-2016 [10:29]
"Kimin nə deməyindən asılı olmayaraq, mən insanlıq borcumu yerinə yetirdim, həmin dəfn mərasimində iştirak etdim".
Bu sözləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Rövşən Lənkəranskinin dəfnində iştirakına görə barəsində səslənən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rövşən yaxın qohum olduğu üçün dəfndə iştirak edib:
"Rövşən haqq dünyasına qovuşub. Biz insanıq, bu dünyaya gəldiyimiz kimi, bir gün də bu dünyadan köçəcəyik. Bizi yaradan Tanrı hər kəsə bir tale yazıb. Biz o taleni yaşayırıq, bu dünyanı tərk edirik. Rövşənin taleyi belə gətirdi. Təbii ki, təəssüf doğuracaq tale oldu. Çünki o, bu sahəyə getməsəydi, əmin idim ki, başqa sahədə özünə yaxşı yer tutacaqdı. Çünki yetərincə ağıl sahibi idi. Kimin nə deməyindən asılı olmayaraq, mən insanlıq borcumu yerinə yetirdim, həmin dəfn mərasimində iştirak etdim. Qardaşımın qızı o ocağın gəlinidir. Rövşən rəhmətlik qardaşım qızının qaynıdır. Bu və ya digər şəkildə bununla bağlı məni qınayanlara bir sözüm yoxdur. Hər kəsin məsələyə müxtəlif baxışı var. Nə deməyimdən asılı olmayaraq, bu baxış dəyişən deyil. Bir daha deyirəm ki, sözün həqiqi mənasında Rövşənə rəhmət düşür. Çünki o, zamanında xaricdə yaşayan çoxsaylı soydaşımıza kriminal aləm içərisində öz köməkliyini edib”.
Partiya sədri xalqın qanuni oğruya öz layiqli qiymətini verdiyi qənaətindədir:
"Dəfndə göründü ki, Lənkəranda ona rəğbət yüksəkdir. Amma bu, əhalinin kriminal aləmə rəğbəti kimi başa düşülməli deyil. Bu, sadəcə, Rövşənin nəslinə, nəcabətinə və özünə olan münasibətin ifadəsi idi. O, Lənkəran camaatının xüsusi rəğbəti ilə o dünyaya yola salındı. İstəməzdim ki, Rövşən bu yola getmiş olsun. Çünki mən başqa dəyərlərin və başqa bir dünyagörüşünün daşıyıcısıyam. Amma alın yazısı deyilən bir şey var. Buna çox inanıram. Bu da Rövşənin taleyi idi. Atasının intiqamını aldı. Təbii ki, atasının intiqamını alandan sonra o bu yolla vidalaşa bilər, bu yola getməyə bilərdi. Amma o bu yola getdi, özünün seçimi idi. Bu seçimlə bağlı ona deyilən xoşməramlı fikirlərin heç birini qəbul etmədi. Sadəcə olaraq, həmişə təəssüflənmişəm ki, o bu yoldadır”.
Deputat Lənkəranskinin öz aləmində böyük nüfuz sahibi olduğunu da qeyd edib:
"Yayılan məlumatlardan, deyilən sözlərdən onu demək mümkündür ki, Rövşən öz aləmində söz sahibi idi. İradəsinin qabağında heç bir iradə yox idi. Əslində, bir insan kimi o, rahat həyat yaşamadı. Amma mənsub olduğu çərçivədə, yəni kriminal aləmdə Rövşən ömrünü şərəflə başa vurdu, azərbaycanlı adına ləkə gətirmədi”.
Müsahibimiz "Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı biznesmen Mübariz Mənsimovun Lənkəranski öləndən sonra gördüyü işlərə də toxunub:
"Əlbəttə, eloğlu kimi öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Bu, Rövşəni tanıyan bir şəxs kimi onun insanlıq borcu idi. Mübariz Mənsimov ünvanına deyilən sözlərə layiq insandır. Rövşənə qədər bu aləmdə azərbaycanlılar olub, yəqin ki, bundan sonra da olacaq. Amma Rövşəndən bir də olmayacaq. Rövşən gəldi və getdi. Azərbaycanlının o aləmdə olmasını istəməzdim. Heç bir azərbaycanlının həbsə düşməsini istəmirəm. İstəyərəm ki, hər kəs ailəsi, uşaqları ilə bu dünyada azad və xoşbəxt həyat yaşasın”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi