22-08-2016 [20:59]
Bakının Səbael rayonundakı Şıx çimərliyində Milli Məclisin YAP-dan olan təmsilçisi Hüseynbala Mirələmovun qohumları ona məxsus "1001 gecə” istirahət mərkəzində növbəti qalmaqal yaradıblar.
Mia.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumat verən Bakı sakini Vüqar Məmmədov bildirib ki, bir neçə nəfər ailə üzvləri ilə birlikdə çimərliyə gedib.
Çimərliyə giriş zamanı 4 nəfərin hər birindən 3 manat pul tələb olunub:
"Mən onlara xatırlatdım ki, çimərliklərə giriş pulsuzdur. Mən 4 nəfərin hər biri üçün 3 manatdan versəm, bu 12 manat edir ki, buna da imkanım çatmır. Ancaq onlar mənə qarşı zorakılıq törətdilər. Çimərlik ərazisinə daxil olsam da avtomobillərini yüksək sürətlə qarşıma çıxardılar və mənə güc tətbiq etdilər. Mən şikayət edəcəyimi desəm də, mənə deputat adı çəkdilər.
Dedilər ki, bura Hüseynbala Mirələmovundur, get, hara şikayət edirsənsə, et.

Özlərini də həmin deputatın qohumları kimi təqdim etdilər.
Mən məcbur olub onların qanunsuz tələblərinə əməl etdm. Ancaq bu dəfə mənə hər hansı bir qəbz verməkdən imtina etdilər. Mən zorakılığa məruz qalmağımla polis orqanına şikayət edəcəm. Amma sizin saytınızda xahiş edirəm ki, çimərliyə giriş məsələsi barədə aidiyyatı orqanlardan cavab alasınız. Həmçinin, bu obyektdə gündəlik 10-15 min manatlıq dövriyyə olur. Amma heç kəsə qəbz verilmir. Açıq şəkildə vergidən yayınırlar. Bu qanunsuzluğu ictimailəşdirməyinizi xahiş edirəm”.
Onu da qeyd edək ki, Vüqar Məmmədov ona qarşı zorakılıq edən şəxslərin avtomobillərinin və özlərinin fotolarını da saytımıza təqdim edib.
Fotolardan görünür ki, vətəndaşın qabağını kəsən avtomobildən biri 90 GB 919 dövlət nömrə nişanlı "Mersedes”, digəri isə 90 UV 898 dövlət nömrə nişanlı "Chevrolet”dir.


Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti hər yay mövsümündə sərəncam verərək bəyan edir ki, sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur və buna müvafiq strukturlar tərəfindən nəzarət olunur. Ancaq reallıqlar başqa şey deyir. Görünür, buradakı qanunsuz pul yığımından həmin qurumlara da çatır ki, minlərlə imkansız vətəndaşın cibindən oğurluğa göz yumulur.
Onu da qeyd edək ki, bu fakt Hüseynbala Mirələmovun yaxınları ilə bağlı ilk fakt deyil. Bir neçə il əvvəl deputatın qardaşı oğlu həmin obyektdə başqa bir vətəndaşı güllələyərək, öldürüb. Düzdür, Hüseynbala Mirələmov qardaşı oğlunu "dəli” adı ilə həbsdən qurtarmağa çalışsa da buna nail ola bilmədi və qatil ömürlük azadlıqdan məhrum edildi.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi