"Vorzakon"lar Rövşən Lənkəranskinin məzarında! - VİDEO

img

22-08-2016 [12:14]


Avqustun 18-i İstanbulda silahlı hücuma məruz qalaraq dünyasın dəyişən Rövşən Lənkəranskinin dünən doğulduğu Lənkəran şəhərində 3 mərasimi keçirilib.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur avtoritetin dəfnində xüsusi izdiham olsa da, qanuni oğrulardan heç kim qatılmamışdı.

Məlum olub ki, dünən və bu gün Lənkəranskinin ata ocağını avtoritetlər ziyarət edib.

Hətta Lənkəranskinin məzarının başında da lotuların əsas simvolu hesab edilən "Səkkizgüşə"li çələnglər yer alıb.

Hazırda da Rövşən Lənkəranskinin evinin qarşısında avtoritetləri gətirən bir neçə maşının olduğu bildirilir.

Həmin kadrları təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA