Türkiyə bu ölkədə 6 minlik kəşfiyyat yaradıb - Qalmaqal

img

22-08-2016 [10:53]


Almaniya Federal Məclisinin Nəzarət Komitəsi Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Almaniyada qanunsuz fəaliyyətlə məşğul olduğunu iddia edib.

MİT-in ölkədə "inanılmaz gizli fəaliyyət” göstərdiyini açıqlayan komitə rəsmi Ankaradan izahat tələb edib.

Komitə nümayəndəsi Hans-Kristian Ströbele məsələnin tətildən sonra parlamentin gündəliyinə salınacağını deyib.

"Velt am Sonntaq” qəzetinin məlumatına görə, MİT-in Almaniyadakı gizli fəaliyyəti dövlət rəsmilərinə çoxdan məlumdur. Hətta Türkiyə kəşfiyyatı bir neçə il bundan qabaq Almaniyada 6 min nəfərdən ibarət kəşfiyyat şəbəkəsi yarada bilib.

Xatırladaq ki, MİT Almaniya Xarici Kəşfiyyat Dairəsindən (BND) Gülən hərəkatı ilə bağlı yardım istəyib. Bu məqsədlə xaricə qaçan gülənçilərin təqib edilməsi üçün 40 nəfərin adı BND-yə göndərilib. Lakin başda Şimali Reyn-Vestfaliya, Hessen və Saksoniya olmaqla 11 əyalət MİT-in təklifini rədd edib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA