Nazirlər Kabineti ictimai qurumlarla bağlı yeni meyarlar müəyyənləzdirib

img

24-04-2010 [01:36]


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri"ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq dəyişikliklər edilib. Nazirlər Kabinetindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ?6, maddə 544) ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri"nin cədvəli aşağıdakı redaksiyada verilib: İllik gəlir (mln.manat) - 120,0 Hesabat ili ərzində işçilərin orta hesabla sayı (nəfər) - 1500 Balansın yekun məbləği (mln.manat) - 300,0

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA