Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

21-08-2016 [13:25]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Mia.az xəbər verir ki, sabah havanın temperaturunun gecə  22-26 dərəcə isti, gündüz  35-39 dərəcə, bəzi yerlərdə 41dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz  37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 faiz, gündüz  20-30 faiz təşkil edəcək.              

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacağı gözlənilir.

Avqustun 22-də Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz  35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA