"Türkiyə üzərindən böyük oyun oynayırlar" - Ərdoğandan qanlı terrorla bağlı mesaj

img

21-08-2016 [13:07]


Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı "canlı bomba"nın törətdiyi terrorla bağlı prezident Ərdoğan açıqlama verib.

Mia.az xəbər verir ki, o, Türkiyə üzərindən böyük oyun oynalıldığını vurğulayıb. Ancaq belə qanlı terrorlarla nə daxili, nə də xarici güclərin  amaclarına çatmayacaqlarını bəyan edib: "Belə alçaq oyunlara imkan verməyəcəyik. Heç kimsə bizim birlik və bərabərliyimizi poza bilməyəcək".

Prezident terrorun İŞİD tərəfindən törədildiyini ehtimal etdiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Qaziantepdə hadisə yerində olan baş nazirin müavini Mehmet Şimşək də daxili və xarici düşmənlərə işarə vuraraq, kimsənin xalqın bərabərliyini poza bilməyəcəyini deyib.

Xatırladaq ki, baş verən terror nəticəsində ölənlərin sayı 50-yə çatıb, xeyli yaralılar var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA