Abel Məhərrəmov: "Elmdə plagiatlıq olsa da, belə hallara qarzı daim mübarizə aparılıb"

img

24-04-2010 [12:44]


?Azərbaycanda elmə marağın artması müsbət haldır. Elmi ad almaq və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı xeyli çoxalıb. Belə insanların əksəriyyəti layiqli insanlardır. Amma onların sırasında plagiatlıqla məşğul olanlar da var?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri YAP-ın rəsmi saytına Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov son zamanlar elmi fəaliyyətdə plagiatlıqla bağlı faktlara münasibət bildirərkən deyib. A.Məhərrəmov qeyd edib ki, plagiatlıq olsa da, onun qarşısı alınır. Yəni bu istiqamətdə dövlət mexanizmi yaxşı işləyir. Elmdə həmişə plagiatlığın olduğunu deyən akademikin sözlərinə görə, belə hallara qarşı daim mübarizə aparılıb. ?Mən əminəm ki, son zamanlar həyata keçirilən tədbirlər bu sahədə xeyli yenilikləri ortaya çıxaracaq. Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır? deyə A.Məhərrəmov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA