19-08-2016 [14:13]
Rövşən Lənkəranskini kürdlər öldürüblər.
Bu barədə informasiyanı Rusiyanın "Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
İddiaya görə, Rövşən artıq çoxdan İstanbulda məskunlaşaraq, bu şəhərdə özünü təhlükəsizlikdə hiss edib. Üstəlik, özünün İstanbuldakı qonaqlarını xüsusi təmtəraqla qarşılayan Lənkəranski onlara İstanbulun sahibi olduğunu göstərməyə çalışırdı:
"Belə bir şübhə var ki, Lənkəranski cinayətinin iştirakçıları kürdlərdir. Onlar çoxdan Ded Xasana görə intiqam almaq istəyirdilər. Kürdlərə bu işə görə qanuni oğrular yaxşı pul vermişdilər. Bu pul isə Laşa Şuşanaşvili (Laşa Rustavski), Yuri Piçuqin (Piçuqa), Vasili Xristoforov (Vasya Voskres) və Nadir Sələfovdan (Lotu Quli) kürdlərə daxil olub”.
Mənbə Zaxariya Kalaşovun həbsindən sonra 2016-cı ildə İtaliya həbsxanasından azadlığa çıxmış Merab Canqveladze və Rövşən Lənkəranskinin aktivləşdiyini bildirib. Həbsdən çıxan Canqveladze də Rövşən kimi Türkiyədə yaşayıb, amma Lənkəranskidən fərqli olaraq o, daimi yaşayış məntəqəsi kimi İstanbulu yox, Antalyanı seçib:
"2016-cı ilin iyulunda Lənkəranskinin briqadası Georgi Sorokini ələ keçirib, döyürlər. Onun oğru olmadığı elan edilir. Sorokin həm də İrəvan sxodkası zamanı onların qanuni oğru adından imtina edilməsini göstərən məktubun altına qoyduğu imzaya görə cəzalandırılır. Bundan sonra Sorokinə Piçuqaya salam aparması məsləhət görülür və deyilir ki, növbə Piçuqadadır. Bunu eşitdikdən sonra Piçuqa Laşa Şuşanaşvili ilə əlaqəyə keçir. Şuşanaşvili hazırda Yunanıstanda yaşayır, amma kriminal aləmdə ən güclü qanuni oğrulardan hesab edilir. Zaxar Kalaşov həbsdə olduğu müddət ərzində Şuşanaşvili əsas lider hesab edilir. Şuşanaşvili çoxdan Rövşən Lənkəranski, Merab Canqveladze və Tariel Oniani ilə düşmən idi. Piçuqa ilə Vasya Voskres isə Şuşanaşvilinin təsir dairəsinə daxil olmuşdular. Rövşənlə bağlı müzakirələrə bunlarla bərabər, Lənkəranskinin bir nömrəli düşməni hesab edilən Nadir Sələfov da qoşulur. Bu müzakirələrdən sonra cinayəti həyata keçirəcək şəxslər aranır və onlar kürdlərin simasında tapılır.
Müharibə bununla bitməyəcək. Lənkəranskidən sonrakı hədəf böyük ehtimalla Merab Canqveladze olacaq. İtaliyadan Rusiyaya ekstradisiya olunması gözlənilən Cemo Mikeladze də bu siyahıda var”(Axar.az).
Qeyd edək ki, Rövşən Lənkəranskiyə qarşı sui-qəsd dünən təşkil edilib. O, aldığı 5 güllə yarasından sonra həlak olub. Lənkəranskinin doğma Lənkəranda bu gün dəfn edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi