18-08-2016 [23:47]
Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlı məşhur avtoritet Rövşən Canıyev (Lənkəranski) Türkiyədə silahlı hücuma məruz qalıb. Lənkəranski ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Son məlumatlara görə, Canıyevin cənazəsi bu gün axşam saatlarında doğulduğu Lənkəran şəhədinə gətiriləcək.
Əməkdaşımız reportaj hazırlamaq üçün Lənkərana yollanıb. Rövşən Canıyevın ölümündən şoka düşən lənkəranlılar onun cənazəsini gözləyirlər.
"Rövşənin ölüm xəbərini mətbuatdan oxuduq. Gözlərimizə inanmadıq. Dərhal ailə üzvləri ilə əlaqə saxlamağa çalışsaq da, alınmadı. Məlum oldu ki, onlar təcili Türkiyəyə gediblər. Bütün günü Allaha dua edirdik ki, Rövşənə heç nə olmasın. Ölüm xəbəri təsdiqlənən də çox pis olduq. Allah rəhmət eləsin”-deyə şəhər sakinləri bildirib.
Əməkdaşımızın sözlərinə görə, bu dəqiqələrdə Lənkəranskinin ata evində çox sayda insan yığışıb. Ərazi polis nəzarətindədir. Yas mərasiminin keçirilməsi üçün hazırlıq işləri görülür.
Qonşuların bildirdiyinə görə, Rövşən Lənkəranski xeyli vaxtdır ata yurduna gəlmirmiş: "Çoxdandır ki, Rövşən işləri ilə əlaqədar buralara gəlmirdi. O, çox hörmətli, mərd oğlan idi. Rövşənin ölümü bütün Lənkəran sakinlərini yasa qərq edib. Kaşki ona heç nə olmayaydı. Rövşən öləsi oğul deyildi. Lənkəranda onlarla ailə onun hesabına dolanır. Burada işsiz gənclər Rövşənin dəstəyi ilə Rusiyada özlərinə iş qurublar. Rəhmətlik atası kimi Rövşən əl tutan, kasıba kömək edən insan idi”.
Şəhər sakinlərin sözlərinə görə, Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Rövşən Canıyevin dəfnində iştirak etmək üçün Lənkərana gələcək.
"Rusiyada yaşayan qohumlarımızla əlaqə saxlamışıq. Onlar Azərbaycana gəlmək üçün təcili bilet alıblar. Hazırda yas mərasiminə hazırlaşırıq. Rövşənin adına layiq mərasim keçiriləcək. O, hamımızın arxası, köməyi olub. Rövşənin borcundan heç vaxt çıxa bilmərik. Allah ona rəhmət eləsin! Rövşən bizim qəlbimizdə heç vaxt ölməyəcək. O, bütün Azərbaycanı dünyada tanıdan oğul idi”-deyə sakinlər söyləyiblər.
Hazırda kənar şəxslərin yas mərasiminin keçiriləcəyi yerə daxil olmasına, çəkiliş aparılmasına icazə verilmir.



AzVision.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi