18-08-2016 [21:05]
"Qazaxıstan Rusiya strateji müttəfiqidir, iki ölkə müxtəlif ortaq siyasi, iqtisadi və hərbi alyanslarda yer alıblar. Buna baxmayaraq, Qazaxıstan prezidenti Nursultan Nazarbayev beynəlxalq aləmdə yalnız Rusiya prezidenti Vladimir Putinin müttəfiqi kimi dəyərləndirilmir".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, beynəlxalq aləmdə Nazarbayev həm də öz mövqeyi olan və dövlətlərlə münasibətlərdə balansı gözləyən lider kimi xarakterizə olunur:
"Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşəndə bundan ilk öncə Nazarbayev narahat olmuşdu.
Nursultan Nazarbayev Türkiyə ilə Rusiya arasında vasitəçi oldu. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktubu məhz Nazarbayevin vasitəçiliyi ilə çatdırdı. Bu gün Rusiya-Türkiyə münasibətlərinin yenidən normallaşmasında Nazarbayevin böyük rolu var. Putin Nazarbayevə "yox” deyə bilməzdi. Ərdoğan da bunu bildiyindən vasitəçi kimi məhz Nazarbayevi seçdi.
Rusiya prezidenti Vladimir Putin avqustun 16-da Nazarbayevlə Soçidə görüşdü. Putin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında oynadığı rola görə Nazarbayevə minnətdar olduğunu bildirdi. Putin dedi ki, Rusiya Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ancaq Nazarbayevin vasitəçiliyi bununla bitmir.
Putinlə görüşdə Nazarbayev dedi ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona zəng edib. Nazarbayevin sözlərindən aydın oldu ki, Poroşenko Donbassa xüsusi status verməyə razıdır, sadəcə bir sıra çətinliklər var. Rusiya "Minsk razılaşması”na görə Donbassa xüsusi statusun verilməsini istəyir. Nazarbayevin sözlərindən aydın oldu ki, Poroşenko buna razıdır, sadəcə ona vaxt lazımdır. Bununla Nazarbayev gərgin olan Rusiya-Ukrayna münasibətlərində də vasitəçi ola biləcəyinə işarə vurdu. Rusiya Qazaxıstanın strateji müttəfiqi olsa da, Nazarbayev Ukrayna ilə münasibətlərə də əhəmiyyət verir və Ankara kimi Kiyev də Qazaxıstan prezidentinin imkanlarından istifadə etmək istəyir.
Azərbaycanın siyasi elitasının və cəmiyyətinin də Nazarbayevdən gözləntisi var. Nazarbayev Putinlə görüşdə belə bir fikir işlətdi: "Yerdə qalır Ukrayna və Dağlıq Qarabağ problemləri…”.
Başqa sözlə Qazaxıstan prezidenti Putinə işarə verdi ki, Dağlıq Qarabağ probleminin də həllini sürətləndirmək lazımdır.
Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyi Azərbaycanın xeyrinədir. Çünki, Qazaxıstan prezidenti Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir. Məsələn, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olduqda Nazarbayev prezidentərin sammitində dedi ki, Ermənistanın təşkilata üzvlüyü Azərbaycanın ərazi bütövlüyünə zərər gətirməməlidir. Nazarbayev bunu ona görə dedi ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağda istehsal olunan malları da Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac etmək istəyirdi. Ermənistan hakimiyyətinin bu planını Nazarbayev pozdu".
Politoloqun sözlərinə görə, bu baxımdan Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmasına Azərbaycanın ehtiyacı var:
"Qazaxıstan prezidenti bu ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək. Bu səfər çərçivəsində Bakıda daha çox iqtisadi və regional layihələr müzakirə olunacaq. Qazaxıstan Azərbaycan üzərindən qurulan nəqliyyat xətləri vasitəsilə Avropa və Şərq ölkələrinə çıxış imkanı əldə edir. Bununla yanaşı Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi də istisna deyil".
Elxan Şahinoğlu bildirib ki, Rusiyanın Ermənistan hakimiyyətinə təsir imkan imkanları var:
"Rəsmi Bakı münaqişənin həlli məqsədilə Moskvanın bu təsir imkanlarından istifadə etməsini istəyir. Ancaq Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə hələ ki, İrəvana təzyiq etmir. Bu olmadığına görə də münaqişənin həlli uzanır. Astana Bakı ilə müqayisədə siyasi müttəfiqlik baxımından Kremlə daha yaxındır. Ona görə rəsmi Bakı ümid edir ki, Astana Kremllə dialoqda Dağlıq Qarabağ mövzusunu ön planda tutacaq".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi