“Nar” yenilənmiş “Ailəm” paketini təqdim etdi

img

18-08-2016 [17:50]


"Nar” öz müştərilərinə yenilənmiş "Ailəm” paketini təqdim etdi. "Nar” istifadəçilərinə doğmaları və yaxınları ilə pulsuz danışmaq fürsəti verən "Ailəm” paketi 4 nömrədən ibarətdir.

Paketə daxil olan nömrələr arasında zənglər 3 ay müddətində pulsuzdur. Dördüncü aydan etibarən, bu zənglərin dəqiqəsi 1 qəpik olaraq hesablanır. Paket daxilində ölkədaxili bütün istiqamətlərə zənglərin dəqiqəsi 4 qəpikdir. Bundan başqa, "Ailəm” paketinə qoşulduqda, istənilən "Turbo” internet paketini sifariş etmək mümkündür.

Qeyd edək ki, 4 "Nar” nömrədən ibarət olan "Ailəm” paketinin dəyəri cəmi 6 AZN-dir. Həmçinin, paketə mövcud "Nar” abunəçiləri və mobil nömrələrin daşınması xidməti vasitəsilə "Nar”-a keçmiş digər operatorların abunəçiləri də qoşula bilərlər. Nömrələrini 1 paket daxilində birləşdirmək istəyən 4 "Nar” abunəçisinin şəxsiyyət vəsiqələri ilə birlikdə "Nar” mərkəzlərindən birinə müraciət etmələri kifayətdir.

"Ailəm” paketi haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA